33 ildə heç nə dəyişməyib
İrana gedib-gələn Azərbaycan kişilərindən eyni sözü eşidirik: Qara çarşablar altında lüt bədənlər ölkəsi. Deyirlər ki, Tehranın göbəyində yerləşən ticarət mərkəzlərində çalışan bu şəhərin tatu qaşlı, refle saçlı, qara çarşablı ehtiraslı qadınları qalstuklu, üzü tüksüz əcnəbi kişilər görən kimi çarşablarının yaxalıqlarını açıb çılpaq bədənlərini nümayiş etdirirlər.
Başlıqdakı bu iki cümlə cənublu qonşuların hiddətinə səbəb ola bilər. Lakin, onlar da boyunlarına qalstuk taxıb, üzlərini taraş edib paytaxtın böyük ticarət mərkəzlərini dolaşsalar, buna şahid olacaqlar. İslam qanunlarına görə müsəlman qadınının başının bir tükünün naməhrəm kişinin görməsi günah hesab olunur. Bunu əsas tutan İslam Respublikasının bəzi qadınları saçlarını çadra altında gizlədərək naməhrəmlərə bir tükünü belə göstərməyi xəsislik edir, çarşab altında lüt bədənlərini nümayiş etdirməkdən isə zövq alırlar...
Ötən həftə “Avroviziya” Mahnı Müsabiqəsi ərəfəsində əlində mikrafon tutan iranlı şeytansifət biri bar-bar bağırıb Azərbaycana “pozğun dövlət” deməsəydi, iyrənc də olsa, onların qadınlarının sirrlərini qələmə almazdım. Azərbaycan Avropaya inteqrasiya olunan demokratik, müstəqil, modern, tolerant bir dövlətdir. Müsəlman ölkə olsaq da, İslam qanunlarıyla idarə olunmuruq. Digər müsəlman ölkələrindən fərqli olaraq isə İslam dəyərlərinə hörmət edir, tarixi adət-ənənələrə, dəyərlərə sadiqik. İnsanlar burda özünü rahat və azad hiss edir, hamı Avropasayağı geyinir, yeyir-içir və bu bizim daxili işimizdir. Ölkəmizə işləməyə gələn hər hansı əcnəbi vətəndaş, turistlər cənublu qadınların çadra altında göstərdiyi şoularla bizdə qarşılaşmır, çünki biz, Bijən Samaminin dediyi kimi pozğun ölkə deyilik.
Ölkələrində yaşanan seksual inqilabı inkar etmək əvəzinə, bu ölkənin din xadimi cümə namazında məscidə 1000-ə yaxın qara çarşablı qadını yığıb onlara geylikdən, mavilikdən moizə oxuyur, özlərinə görə həyatı məsələləri başa salır. Qonşu ölkədən fərqli olaraq, bizim məscidin axundları qadınları başına toplayaraq hansısa əxlaqsızlıqdan bəhs etmir.
Ermənilərlə dostluq, qardaşlıq edən İranın ölkəmizə göndərilən təxribatçısı deyir ki, guya biz şeytanla əməkdaşlıq edir, müsabiqənin keçirilməsinə tamamilə hazır deyil və ümumiyyətlə son günlərimizi yaşayırıq...
Bir müddət əvvəl onlar bizim qadınların da modern üslublu geyim tərzinə, əxlaqına ilişmişdilər, o zaman da şeytandan-filandan bəhs edirdilər. İranın dini lideri də, prezident Əhmədinejat da başda olmaqla bu ölkənin kişi əhli qalstuk taxmır. Ona görə ki, qalstuk Avropanın, Qərb ölkələrinin simvoludur. Bəs qalstuk taxmayan İran liderləri niyə Avropanın digər geyimlərini geyinir, pencəyi, köynəyi, şalvarı rədd etmir? Əslində onlar buna da etiraz etməlidir. Çünki kostyum, türklərin diliylə desək, takım əlbisə, XVI əsrdə İspaniyada meydana gəlib. Həm də müsəlmanları və yəhudiləri torpaqlarından qovan Katolik İspaniya Krallığının hökm sürdüyü bir ərəfədə. Qalstukdan imtina edən İran liderləri və kişi əhli despot Katolik İspaniya Krallığının rəsmi qiyafəsini geyinir. Qalstuk kimi bundan da imtina etməyin vaxtı deyilmi, ağalar?
Elə bu arada, yəni iranlı liderlərin ölkəmizdə çaxnaşma salmaq istədiyi ərəfədə Azərbaycan İslam Partiyasının yeni sədri Elçin Manafov İranın “Bultannews” saytına veridiyi açıqlamasında rəsmən bəyan edir ki, onlar İran İslam Respublikasının mənəvi dəstəyi ilə fəxr edir, örnək aldıqları insan da imam Xomeynidir. Cəhənnəmə gedən özünə yoldaş axtarar, buna deyiblər. İranın özlərinin 13-cü imamı adlandırdıqları Ayətullah Xomeyni Böyük Britaniyanın kəşfiyyat xidməti hərbi kəşfiyyatının Mİ-6 adı ilə tanınmış 6-cı bölməsinin kreaturası olub. Bu barədə 1985-ci ildə bir ingilis kəşfiyyatçısı “Əslində İranda nə baş verir” adlı Böyük Britaniya xüsusi xidmət orqanlarına etdiyi məruzəsində yazırdı. Məlumatdan xəbərdar olan qonşularımız əminəm ki deyilənləri araşdırmaqdan vaz keçəcəklər...
Yenə də İrandan söz düşmüşkən, bir neçə il əvvəl 35 yaşlı əslən Ərdəbildən olan iranlı jurnalistdən nə üçün hələ də subay olduğunun səbəbini soruşdum. Cavab verdi ki Ərdəbil və Azərbaycan türklərinin yaşadıqları digər bölgələrə molla rejimi narkotik maddələri günəbaxan tumu kimi səpir. Narkotikin təsirindən gec ayılan gənclər bir yandan da qadınların xəyanətinin qurbanı olurlar. Çünki evin kişisi səhər çıxıb, gecə saatlarında dönür, gündüz saatlarında evlərinə kimin gəlib-getdiyindən o qədər də xəbərdar olmurlar...
Elə bu yaxınlarda qonşum xəstə uşağını müalicə üçün İrana aparmalı olur. 3 günlük səfərin 1 günlə əvəz olunmağının səbəbini soruşdum. Dedi ki qonaq olduğu evin kişisi ərinə tiryək çəkmək, oğlu isə bara - qadınların yanına əylənməyə getmək təklif edib. Baş verənlərdən o qədər qorxub ki, uşağın müalicəsini yarımçıq qoyub geri dönməli olublar...
Şahın dövründə Tehranı əxlaqsızlığa görə ikinci Paris adlandırırdılar. Aradan 30 ildən çox vaxt keçsə də heç nə dəyişməyib...
P.S. Bijən Samami ölkəmizlə bağlı hazırladığı süjetin sonunda “Avroviziya” Mahnı Müsabiqəsinə gələn şəxsin əlindəki bayrağa təpik atır. Əminəm ki, onun bu son davranışlarını ətrafında olanlar diqqət yetirməyib və belə olsaydı, onun təpik atdığı Azərbaycan bayrağını əvvəl öpdürər, sonra da yedirdərdilər ki, bir də belə qələt etməsin - (qələt- İran leksikonunda səhv, yanlışlıq deməkdir - L.S.).
P.S.S. “Avroviziya” ərəfəsində İran Azərbaycanda guya “qey-parad” keçiriləcəyi ilə bağlı ölkəsində həftələrlə anti-təbliğat kampaniyası apardı. Amma Qafqaz Müsəlmanları İdarəsi İranın sərsəm bəyanatlarına fitva vermədi ki, Azərbaycanın daxili işlərinə qarışmayın və Allaha şükür bizim ölkədə dinə zidd hər hansı olay baş vermir və verməyəcək.