Modern.az

Dünyada 8 milyon insan öləcək

Dünyada 8 milyon insan öləcək

Ölkə

3 İyun 2012, 15:36

Dünya mütəxəssislərinin apardıqları araşdırmalar zamanı siqaret çəkənlərin ölüm riski ilə bağlı şok statistika ortaya çıxıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, 2030-cu ildə dünyada siqaretə aludə olan 8 milyon insan həyatını itirəcək. Hazırda isə minlərlə insanın bu vərdişin qurbanı olduğu göstərilir.

Qeyd edilib ki, siqaret insan səhhəti üçün olduqca təhlükəlidir. Bu vərdişə düçar olan insanların böyük əksəriyyətində ağciyər xərçənginin olma ehtimalı daha yüksəkdir. Bu baxımdan mütəxəssislər siqaretin ölüm riskini daha da çoxaldacağı haqda dünya əhalisinə xəbərdarlıq edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı