Modern.az

Nazirlik ovun qadağan olduğu yerləri açıqladı

Nazirlik ovun qadağan olduğu yerləri açıqladı

Ölkə

4 İyun 2012, 10:14

Azərbaycanda  Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov etmək qadağan edilib.

 Modern.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə nazirliyin rəsmi saytına verdiyi müsahibəsində qeyd edib.

Ov mövsümunun iyunun 2 tarixində başladığını deyən nazirlik rəsmisi vəhçi heyvanların ovlanması ilə bağlı xəbərdarlıq edib:

“Respublika ərazisində 2012-2013-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib”

 • Təkə 02 iyun - 20 oktyabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

 • Qaban (çöl donuzu) 15 sentyabr - 22 dekabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

 • Dovşan 10 noyabr 2012-ci il - 12 yanvar 2013-cü il tarixlərində; 2 baş-adambaşına

 • Bataqlıq qunduzunun (nutriya) 13 oktyabr 2012-ci il-23 fevral 2013-cü il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.

 • Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir”

H.Əlizadə bildirib ki, vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə  Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;  Təkə - Zaqatala, Şəki, Qax, Quba; Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarında icazə verilir.

O, həmçinin qeyd edib ki, ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:

 • Dovşan 2 manat 20 qəpik;

 • Çaqqal 3 manat 96 qəpik;

 • Yenot və qunduz 1 manat 65 qəpik;

 • Təkə 24 manat 75 qəpik;

 • Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı