Modern.az

Cəbhədə gərginlik - 3 erməni əsgəri öldürülüb

Cəbhədə gərginlik - 3 erməni əsgəri öldürülüb

Ölkə

4 İyun 2012, 13:54

İyunun 4-də gecə cəbhə xəttinin şimal-şərq hissəsində, Ermənistanın Tavuş  vilayətinin Çinari və Berdavan kəndləri istiqamətində ermənilərin diversiya qrupunun qarşısı alınıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, dövlət sərhədinə yaxın ərazidə, Ermənistanın Tavuş  vilayətinin Çinari və Berdavan kəndləri istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, düşmənin bir neçə hərbçisi isə yaralanıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.

"Armtoday" saytı Ermənistan Müdafiə Nazirliyinə istinadən bildirib ki, atışmada Qraç Sarkisyan, Zoqrab Balabekyan və Karen Davtyan adlı əsgərlər həlak olub. Müdafiə Nazirliyi yaralananların olduğunu bəyan edib.

Ermənistanın hərbi prokuru və Müdafiə Nazirliyinin xüsusi istintaq qrupu hadisə yerinə gəlib, araşdırma aparırlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı