Modern.az

Mirmahmud Mirəlioğlu: “Neçə ki, Allahşükür Paşazadə o idarənin başındadı...” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Neçə ki, Allahşükür Paşazadə o idarənin başındadı...” - MÜSAHİBƏ

Ölkə

5 İyun 2012, 09:39

“Azərbaycan ruhanilərindən hakimiyyətə heç bir təhlükə olmayacaq”

Gündəm mövzuları ilə bağlı Modern.az-ın suallarını Klassik Xalq Cəbhəsi Partiyasını sədri Mirmahmud Mirəlioğlu cavablandırır:

- İranın vaxtaşırı Quzey Azərbaycan dövlətinə qarşı təzyiq, təhdid hərəkətləri artıq bir ənənədir. Azərbaycana qarşı son aksiyaların Azərbaycan Səfirliyinin yerləşdiyi Tehranda deyil, Təbrizdə və Ərdəbildə keçirilməsinin arxasında Sizcə, hansı niyyət dururdu?

- Bu ilk növbədə siyasət idi. Öz aləmlərində Təbrizi Bakıya qarşı, türkü türkə qarşı qoymaq idi. Bu molla rejiminin növbəti fitnəsiydi. Tehran bizim su sərhədimizi pozur, hava sərhədimizi pozur, hətta vətəndaşımızı Bakıda qətlə yetirməyinlə fəxr edə bilir. Lakin, Azərbaycan hökumətinin bunlara cavabı çox-çox zəif olub. Bu dəfə Bakıda İran Səfirliyi önündə keçirilən piketlər isə bir həqiqəti ortaya qoydu. Bu aksiyaları keçirənlərlə mənim işim yoxdur. Biz hər zaman Güneylə bağlı həmin yerdə aksiyalar keçirmişik. Ancaq baxın, bizim aksiyalar necə polis qəddarlığı ilə dağıdılırdı, adamlara qarşı zorakılıt tətbiq olunurdu, adamıarı tuturdular. Son keçirilən aksiyalrda isə polislər aksiyanı müşayiət edirdilər. Bax, bu fərqli münasibət suallar dogurur, əgər hədəf birdirsə, nə üçün eyni məkana toplaşanlara belə fərqli münasibət göstərilir. 

- Elə buradaca bir məsələyə aydınlıq gətirməyinizi istəyirəm. Siz də “molla rejimi” ifadəsini işlətdiniz. Bizdə molla məclisin başında oturur

- Ola  bilsin ki, etmioloji cəhətdən, istilah olaraq tədqiqqatçılar irad tuta bilərlər. Amma bu fikir olaraq və siyasi gündəmi zəbt edərək işlədilir. GünTV və başqa media və siyasi quruluşlar da bu ifadəni işlədir. 1979-ci il “İslam inqilabı” deyilən inqilabdan sonra hakimiyyətə gələnlərin demək olar ki, hamısı ruhanilərdir. Və bu gün Azərbaycanda və dünyada da molla rejimi, molla hakimiyyəti adlandırılır, yəni artıq bu qəbul olunmuş bir siyasi termin halına gəlib. Bu, əslində o rejimin mahiyyətinin obrazlı ifadəsidir. Ona görə deyirlər molla rejimi. Əslində isə bu rejim İslam deyil, anti-İslamdır. Bunu deyirəm və sübut da edirəm. İnancımıza görə Allah insanı azad yaradıb, Allahın yaratdıgı insanın dilini əlindən almaq olmaz. Allahın insana verdiyi haqqı necə almaq olar? Necə olur ki, sən yaradılmışların birinə bir cür münasibət bəsləyirsən, başqasına başqa cür. Erməniyə ölkədə sayının qat-qat az olmasına baxmayaraq bütün hüquqları tanıyırsan, amma İslamı səndən də əvvəl qəbul etmiş türkün haqqını tanımırsan? Onda edama  görə də deyirəm ki, bu rejim anti-İslamidir. Və ona görə anti-insanidir ki, insanları bu çağda edam edirsən və bunu da kütlənin gözləri qarşısında həyata keçiirsən. Bu insanlıq deyil. Bu gün orada fitvalar verilir və bu fitvalar verilərkən Allahın kəlamına – “Quran”a Peyğəmbərin hədislərinə istinad olunur. Bu fitvaların özləri də əsassızdır. Son hadisələr molla rejiminin İslam respublikası deyil, əslində anti-İslam respublikası olduğunu bir daha ortaya qoydu. 

- Maraqlıdır ki, İranda Azərbaycana qarşı keçirilən aksiyalar Azərbaycanda bəzi media qurumları tərəfindən hökümətə qarşı piar kimi istifadə olundu.

- Bir var bütün məsələlərə - siyasətə, iqtisadiyyata, sosil həyata, ekologiyaya münasibətdə müxalif fikir. Bir də var millətə və dövlətə aid olan məsələlər. İkinci məsələdə kimsə müxalifətdirsə bu doğru deyil. Bunu kim edib özləri bilər, amma bizim öz mövqeyimiz var və mən kimlərinsə etdiklərinə münasibət bildirmək yox, öz mövqeyimizi çatdırmaq istəyirəm. Biz hesab edirik ki, istənilən mübarizə ardıcıl olmalıdır. Sistemli olmalıdır və daha qlobal olmalıdır. Amma fərqli düşünənlər də varsa ola bilsin bilgisi zəifdir. Bir şey partiyamıza, təşkilatımıza xeyirlidirsə onu deyim, yox, ilk növbədə millətimizə xeyirlidirsə o deyilməlidir. Belə məsələlədə siyasi, partiya mənafeyinin fövqündə dayanmaq lazımdır.

- Maraqlıdır, bu dəfə sizin partiya niyə İran Səfirliyi qarşısında aksiya keçirmədi?

- Bir qədər əvvəl dediyim mübarizədə sistemlin olmaq məsələsinə bir daha vurğu salmaq istəyirəm. Bizim bütün məsələlərlə bağlı mövqeyimiz aydındır və hesab edirik ki, bu gün İlham Əliyevin İranla bağlı məsələdə bizim müdafiəmizə ehtiyacı yoxdur. Mən burada parlamentin spikerinin də dediklərini xatırlayıram bu məsələ ilə bağlı, yəni nə baş verib ki, biz onların səviyyəsinə düşməliyik? Daha çox İranda gizli və qanunsuz şəkildə saxlanılan iki vətəndaşımızın taleyini qabartmq lazımdır. Nəzərə alınması, diqqət edilməsi məsələlər həddindən artıq çoxdur. Bu gün Tehran Azərbaycanın bütün işlərinə qarışır. Məsələn, uzun müddətdən sonra artıq bizim mövqeyimizdən çıxış edir. Məsələyə bir az geniş miqyasda baxmaq lazımdır. Tehranın Bakıya fundamental bir yanaşması var. Buna da adekvat bir yanaşma olmalıdır, ETTALAAT Dərbənddən Astaraya at oynadır. Bizdə isə hökumət müxtəlif şəhərlərdə İranın hərəkətlərinə qarşı Azərbaycan dindarlarının etiraz toplatılarını keçirir. Mən buradan Azərbaycan hakimiyyətinə bir mesaj göndərmək istəyirəm: Neçə ki, Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəridir, Azərbaycan dindarlarından Azərbaycan hakimiyyətinə heç bir təhlükə yoxdur. Nə Şeyxi müdafiə edirəm, nə də Şeyxin mənim müdafiəmə ehtiyacı var. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı