
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında ali məktəblərə qəbul imtahanlarının vaxtını elan edib.
Modern.az xəbər verir ki, M.Abbaszadə bildirib ki, III ixtisas qrupu üzrə imtahanlar 14 iyulda, I ixtisas qrupu üzrə 20 iyulda, IV ixtias qrupu üzrə 27 iyulda və II ixtisas qrupu üzrə 3 avqustda keçiriləcək.
M.Abbaszadənin sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə 18-24 iyulda, I ixtisas qrupu üzrə 24-30 iyulda, IV ixtisas qrupu üzrə 31 iyul-8 avqustda keçiriləcək.