Modern.az

Murad Babayev: “Məni xəbərim olmadan baş prokuror təyin etdilər”

Murad Babayev: “Məni xəbərim olmadan baş prokuror təyin etdilər”

Ölkə

6 İyun 2012, 14:45

Sabiq Baş prokuror Murad Babayev Modern.az saytına geniş müsahibə verib. Həmin müsahibə tezliklə saytımızda yerləşdiriləcək. Hələlik, müsahibədən bəzi sitatları diqqətinizə çatdırırıq..

- 1977-1980-ci illərdə Bakıda nə qədər ölüm işlər vardısa, hamısı mənim əlimdən keçirdi.

- 36 yaşımda məni baş prokurorun birinci müavini təyin etdilər. SSRİ tarixində 36 yaşında cavan baş prokuror müavini yalnız mənəm.

- Məni dəfələrlə girov götürmək cəhdləri olub...

- İlyas İsmayılov çox çalışdı Əbülfəz Elçibəyi başa salsın ki, MDB-yə qoşulmağa mane olmayın.

- Xocalı hadisələrindən sonra AzTV-də çalışırdılar, deyim ki, Ayaz Mütəllibov, Tamerlan Qarayev bu işdə günahkardır.

- Elçibəy dedi: “General, nə qaş-qabağını sallamısan, bu  gün qələbə günümüzdür, Ağdərəni almışıq, niyə sevinmirsən, üzündən  narazı adama oxşayarsan...”.

- Üst-üstə 7 rəhbərin kabinetində olmuşam, 7 ölkə başçısı görmüşəm.

- Eldar Həsənov mənə keçmiş baş prokuror kimi çox diqqət edib...

- İşlədiyim insanlar içərisində ən insanpərvər Kamran Bağırov olub. Heydər Əliyevlə əlaqələrimiz az olub.

Saytımızı izləyin...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?