Modern.az

Araz Əlizadə: “Rəsul Quliyevin təmsilçisilə görüşmərəm”

Araz Əlizadə: “Rəsul Quliyevin təmsilçisilə görüşmərəm”

Ölkə

6 İyun 2012, 17:10

Sülhəddin Əkbər eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasının sədri seçildikdən sonra müxalifət partiyaları ilə görüşlər keçirir. S.Əkbər Modern.az-a açıqlamasında artıq AXCP sədri Əli Kərimli və KXCP sədri Mirmahmud Mirəlioğlu ilə görüşdüyünü söyləyib. O, başqa müxalifət pariyaları ilə də belə görüşlərin gözlənildiyini deyib.
Digər siyasi qurumlardan fərqli olaraq, Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Rəsul Quliyevin təmsilçisini ilə görüşmək arzusunda deyil. ASDP həmsədri Araz Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, belə bir təklif olsa da, görüşmək istəyi yoxdur:

“Çox şükür ki, belə bir təklif olunmayıb. Çünki onunla görüşmürəm”.

A.Əlizadə digər müxalifət partiyalarının heç vaxt birləşə bilməyəcəyini vurğulayıb:

“Bu insanların hikkəsi böyükdür, özlərini şişirdirlər və o qədər ambisiyaları var ki, onlar heç kəslə heç nəyi bölüşmək istəmirlər. Əgər onlar doğurdan da vətəni sevsəydilər, vətən üçün çalışsaydılar, 1992-ci ildə dövlət çevrilişi etməzdilər. Çünki həmin vaxt martın 6-da səhər tezdən Qarabağın azad olunması üçün Bakıya 4 diviziya gətirilmişdi. Dörd istiqamətdən hücum olmalı və Qarabağ ermənilərdən təmizlənməli idi. Bunu Xalq Cəbhəsinin, indiki radikal müxalifətin, milli demokratların liderləri gözəl bilirdilər. Onlar buna baxmayaraq, dövlət çevrilişini etdilər. Və onun da nəticəsində həmin əməliyyat təxirə salındı. Bu insanlar vətəni sevmirlər. Özlərini vətəndən daha çox sevirlər. Hansı bir-birinə güzəştə gedəcək? Heç biri...”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?