Modern.az

Heydər Əliyev Mərkəzinə rəhbər təyinatı niyə ləngiyir?

Heydər Əliyev Mərkəzinə rəhbər təyinatı niyə ləngiyir?

Ölkə

8 İyun 2012, 12:28

Rəsmi strukturlar cavab verməkdə çətinlik çəkir...

Bir müddət öncə Bakıda Heydər Əliyev Mərkəzinin açılışı oldu.  Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etdilər.

Mərkəzin açılışından xeyli müddət keçsə də, onun fəaliyyəti ilə bağlı mətbuatda heç bir məlumat yayımlanmayıb. Heydər Əliyev Mərkəzinə rəhbər təyin olunub-olunmamasından da xəbər yoxdur.  

Modern.az  Mərkəzin fəaliyyəti ilə bağlı araşdırma aparmağa çalışıb. Bununla bağlı bir sıra instansiyalarla əlaqə saxlasaq da, qaneedici cavab ala bilmədik. Hətta məsələ ilə bağlı müvafiq qurumlar belə, məlumatsız olduqlarını deməklə kifayətləndilər.

Nərimanov rayon İcra Hakimiyyətindən verilən cavab belə oldu: “İcra başçısı yerində yoxdur və biz heç nə deyə bilmərik”. Cavabdan bu nəticə çıxdı ki, Nərimanov RİH bilavasitə ərazisində olan strukturların fəaliyyətindən xəbərsizdirlər.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə Heydər Əliyev Mərkəzinə rəhbər təyinatı ilə bağlı qərar verilmədiyini dedi. Ona görə də məsələyə ətraflı münasibət bildirmək istəmədi.

Qeyd edək ki, ölkə mediası Heydər Əliyev Mərkəzinə Prezident Administrasiyasının hazırki rəhbəri Ramiz Mehdiyevin gətiriləcəyi barədə dəfələrlə xəbərlər yayıb. Amma bu xəbərlərin heç biri hələki təsdiqini tapmayıb.

Gültəkin ƏLƏSGƏR 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı