Modern.az

Tələbənin minimum xərci, müəllimin maksimum gəlir planı - Ali məktəblərdə rüşvət qalxıb

Tələbənin minimum xərci, müəllimin maksimum gəlir planı - Ali məktəblərdə rüşvət qalxıb

Ölkə

8 İyun 2012, 12:58

Ali məktəblərdə fərqli rüşvət məbləğləri, fərdi yanaşmalar var 


İyun ayının 1-dən etibarən ali məktəblərdə yay imtahan sessiyası başlayıb. Bu il də Təhsil Nazirliyi imtahanları nəzarətə götürdüyünü, nazirliyin nəzdində “Qaynar xətt”in fəaliyyət göstərdiyini bildirib. Sessiyanın sonu yaxınlaşdıqca ali məktəblərdə həyəcan da artır. Çünki tələbələr semestri minimum “xərclə”, müəllimlər isə maksimum gəlirlə başa vurmaq istəyirlər. Həm qış, həm də yay imtahan sessiyası öncəsi tələbələrdən pul yığılması ilə bağlı şikayətlər olsa da, bu anormallığa son qoyulmur. Bu yay semestr imtahanlarının necə keçməsini bilmək üçün Modern.az-ın əməkdaşı bir neçə universitetin tələbəsindən fikir öyrənib.

Öncədən qeyd edim ki, heç bir tələbə adının çəkilməsini istəmədi. Onlar universitet rəhbərliyinin bu tənqidi pis qarşılıyacağını bildikləri üçün adlarını demək istəmirlər. Ən əsas ona görə ki tənqidi həzm edə bilməyən rəhbərlik həmin tələbəni universitetdən xaric edə bilər.

Təfəkkür Universiteti jurnalistika fakültəsinin tələbəsi E.X bildirib ki, tələbələr pul verməyəcəkləri təqdirdə imtahanlardan kəsiləcəklərindən qorxurlar:“Oxuduğum universitet özəl ali məktəbdir. Bu müəyyən mənada bizə çətinlik yaradır. Çünki qərarlar universitet rəhbərliyi tərəfindən verilir. Buna görə tələbənin etiraz etmək, sözünü demək kimi hallar digər universitetlərə nisbətən azdır. Amma oxuduğum fakültənin kafedrasından çox razıyam. Universitetə girdiyim vaxtdan indiyə kimi bir ixtisas müəllimi məndən və qrup yoldaşlarımdan rüşvət istəməyib. Bizə qiymət və imtahanlarda kömək ediblər. Buna görə fakültəmdə indiyə kimi belə bir halla qarşılaşmamışam. Amma qeyri-ixtisas fənləri keçən bəzi müəllimlər olub ki, rüşvət istəyiblər. Bunuda əsasən gizli yolla edirlər. Yəni qeyri- ixtisas fənni olduğu üçün o dərslərə maraq olmur. Nəticədə semestrin axırı müəllim qiymət yazmaq üçün pul istəyir. Ən çox istənilən məbləğ 30-40 manat olub. Buda qeyri-ixtisas fənni müəllimləri olub. Hazırda da 2 semestr yola vermişəm. Amma heç birinə pul verməmişəm. Yəni ixtisas müəllimlərimiz olub. Amma bu yaxınlarda öyrəndim ki, qeyri-ixtisas müəllimi olan psixologiya müəlliməmiz məndən və digər tələbə yoldaşlarımdan 30 manat pul istəyib. Pulu verməsək bizə qiymət yazmayacağını deyib. Düşünürəm ki, bunu universitet rəhbərliyinə çatdırım. Onların bu hadisədən xəbərləri olmalıdır. Yəqin bundan sonra hansısa bir addım atmış olarlar”.

Azərbaycan Texniki Universiteti metallurgiya fakültəsinin tələbəsi S.R bildirib ki, oxuyan tələbəyə qiymət yazılır, oxumayan isə pulun verməlidir: “Müəllimlər oxuyan tələbədən həqiqətən pul almırlar. Oxumayan tələbə isə pulunu verməlidir. Minimum, maksimum isə 40-50  manat verib özünə bal yazdıra bilər”.

Azərbaycan Kooperasiya Universiteti marketing fakültəsinin tələbəsi C.V universitetdə vəziyyətin çox pis olduğunu deyib: “Oxuyan təbəyə qiymət yazılır, amma düz-əməlli dərs keçilmir. Tələbə oxumaq üçün həmdə müəllim olmalıdır. Yaxşı müəllimlər var, ancaq çox azdır. 4000 tələbənin 3500 nəfri rüşvət verir. Bu yay semestri isə rüşvətin miqdarı  artıb. Zaçot 50 manat, imtahan isə 70 manat”.

Bakı Slavyan Universiteti beynəlxalq münasibətər fakültəsinin tələbəsi R.M bildirib ki, oxuduğum əsas korpusda rüşvət yoxdur. O, heç bir müəllimin tələbəni imtahandan kəsmədiyini deyir: “Müəllimlər imtahan zamanı tələbəni kəsmirlər. Əgər oxumursansa, qapı-qapı düşüb müəllimlər razılaşırsan. İmtahandan keçmək üçün 50 manat. İki ildir oxuyuram və heç bir müəllim tələbəni bilə-bilə imtahandan kəsməyib. Amma bu il qiymətlər 70 manata qalxıb. Ortada müəllimlərin elədə böyük marağı yoxdur. Ona görə də balları yüksək yazırlar”.

Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs xanım tələbəsi Q.A imtahanların çox bərbad keçdiyini deyib: “6 imtahanım var idi. Birinci imtahanı testnən verdik. Gördülər sərf etmir, ikinci imtahandan etibarən bilet imtahanı etdilər. Yazılı imtahan qarşı hamı etiraz elədi. Hamı bilir ki, onlar pula görə belə edirlər. Universitetdə qiymətlər 1200-2500 manat arasında dəyişir. Belə baxırsan ki, bu gün universitetlər peşə məktəbləri ilə eyni səviyyədədir”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi S.G imtahanların bazar vəziyyətində olduğunu deyib: “Bu hal get-gedə artıq vərdiş halını alıb. Oxuculuq dərəcəsi çox az faiz təşkil edir. Hətta oxuyan tələbələr də sıxışdırıl ki, pul alınsın. Müəllimlər bacardıqca çox pul götürməyə çalışırlar. Qiymətlər isə müəllimdən- müəllimə dəyişir”.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı