Modern.az

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başladı

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başladı

Ölkə

8 İyun 2012, 15:30

Müqəddəs məkanlara gedişin iki cür qiyməti var

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Həcc ziyarəti üçün sənəd qəbuluna başlayıb. Bu barədə Modern.az QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

M.Payızov bildirib ki, bu il Həcc ziyarətinən avtobusla gediş ləğv olunub və gediş yalnız təyyarə ilə aparılacaq. Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat və 3850 manat. 3090 manatnan gedənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.

QMİ rəsmisi onu da bildirib ki, bu il Həcc ziyarətinə kvotada 2 min nəfərlik yer nəzərdə tutulub.    

Qeyd edək ki, hər il avtobusla Həcc ziyarətinə gedənlər zəvvarların yarıdan çoxunu təşkil edirdi. 2011-ci ildə ümümilikdə 2 min yer ayrılmışdı, 1350 zəvvar avtobusla, 650 zəvvar isə təyyarə ilə yola düşmüşdü. 2011-ci ildə təyyarə ilə avtobus reyslərinin qiyməti arasında 1000 manat fərq olub. Ötən il zəvvarlar müqəddəs ziyarətə avtobuslarla 2650, təyyarə ilə 3750 manata gediblər.

Qeyd edək ki, Həcc mövsümünə düşən müqəddəs Qurban bayramı bu il oktyabrın 25-26-na təsadüf edir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı