Modern.az

Müsavatdan istefa verən Meydan Babayev Modern.az-a danışdı

Müsavatdan istefa verən Meydan Babayev Modern.az-a danışdı

Ölkə

8 İyun 2012, 19:52

Müsavat Partiyasının Naxçıvan şəhər təşkilatının keçmiş sədri Meydan Babayev partiydan istefası ilə bağlı Modern.az-a açıqlama verib.

Meydan Babayev Müsavat Partiyasından nə üçün ayrılması ilə bağlı sualımıza cavabında bu haqda hələlik danışmaq istəmədiyini vurğulayıb:
“Mən öz istefa ərizəmi partiya rəhbərliyinə təqdim elədim. Çox hörmətlə başladığımız kimi, hörmətlə də ayrıldıq. Amma Müsavat Partiyasından nə üçün ayrılmağımla bağlı hələ açıqlama vermək istəməzdim”.

M.Babayev onun eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi, eks-müsavatçı Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyasına keçməsi haqda yayılan xəbərlərə də münasibət bildirərək yaxın günlərdə bununla bağlı öz qərarını verəcəyini deyib.

“Mən hələ Rəsul Quliyevin rəhbərlik etdiyi partiyaya keçməmişəm. Bununla bağlı yaxın günlərdə öz qərarımı verəcəm. Amma bir şeyi demək istəyirəm ki, əvvəlki kimi müxalifət düşərgəsində fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Mənim tərəfdarlarımın Müsavatdan ayrılmasına gəlincə, deyə bilərəm ki, hər kəs özünə cavabdehdir. Mən kimin çıxacağı, kimin qalacağı haqda heç nə deyə bilmərəm”-deyə keçmiş Müsavatçı qeyd edib.

Anar RÜSTƏMOV
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı