Modern.az

Məktəb direktorlarından təhsil nazirinə xeyli şikayət daxil olub

Məktəb direktorlarından təhsil nazirinə xeyli şikayət daxil olub

Ölkə

14 İyun 2012, 13:22

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) may ayında  1055 müraciət daxil olub. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidməti məlumat verib.

Nazirlikdən bildirilib ki, müraciətlərin 966-sı telefonla, 89-u elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi sorğu və məlumat xarakterlidir.

Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, xaricdə təhsil, əlavə təhsil, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədar olub.

”Bütün sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılmaqla həllini tapıb”-deyə nazirlik bəyan edib.

May ayında baxılan  45 şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki,  Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan 2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ, Xaçmaz, Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux rayonlarının ümumi təhsil məktəblərinin  hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi məsələləri təşkil edib.

”Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb”.

Ötən ay “Qaynar xətt” xidmətinə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 11, özəl ali təhsil müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsil müəssisələrindən daxil olan şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi,  təhsil haqqının ödənilməsi, struktur bölmə rəhbərlərinin vəzifə səlahiyyətlərini yerinə yetirməsində yol verdiyi nöqsanlar öz əksini tapıb.

”Bütün bu məsələlər müvafiq qaydada araşdırılıb və həll edilib”-deyə nazirlikdən bildirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı