Modern.az

Rəsul Quliyev: “İnsanlar bir partiyadan o birisinə gedirlərsə...”

Rəsul Quliyev: “İnsanlar bir partiyadan o birisinə gedirlərsə...”

Ölkə

18 İyun 2012, 10:35

Eks-spiker Müsavatdan istefalara münasibət bildirdi

Müsavat Partiyasının keçmiş Məclis sədri Sülhəddin Əkbər Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasına sədr gətirildikdən sonra Müsavatdan bu partiyaya transferlərin olacağı proqnozlaşdırılırdı. Artıq bu yöndə proqnozlar özünü doğrultmaqdadır. Müsavat Partiyasının Naxçıvan Təşkilatının sədri  Meydan Babayevin tutduğu vəzifədən istefa verərək R.Quliyevin partiyasına keçməsini bu proqnozların doğrulması kimi də qiymətləndirmək olar. Modern.az saytı hazırda ABŞ-da yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevdən Müsavatdan gözlənilən istefa prosesinə münasibət öyrənib. R.Quliyev Müsavat Partiyasından ACP-yə transferlərin böyük siyasi əhəmiyyət kəsb etmədiyi bildirib: “Bu prosesin böyük əhəmiyyət kəsb edəcəyinə inanmıram. Həmişə insanlar bir partiyadan o biri partiyalara transfer ediblər, bu təbii haldır müxtəlif səbəblər ola bilər. Əgər insanlar bir partiyadan o biri partiyaya gedirlərsə, bu onların seçimləridir, onların gəldikləri nəticədir”.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı