Modern.az

Ağdaş polisi bir küp qızılın tapılması xəbərini təsdiqlədi

Ağdaş polisi bir küp qızılın tapılması xəbərini  təsdiqlədi

Ölkə

20 İyun 2012, 15:32

Dünən saytımızda Ağdaş rayonundakı 1 saylı Uşaq bağçasının ərazisində qazıntı işləri aparılarkən torpağın altından bir küp qızılın tapıldığı barədə xəbər yayımlanıb. Hadisə 10 gün əvvəl baş versə də,  bununla bağlı məlumatı mediada ilk dəfə Modern.az dərc edib.

Əməkdaşımız bu gün əlavə məlumat almaq üçün Ağdaş rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Ağdaş rayonu 1 saylı Uşaq bağçasında qazıntı zamanı bir küp qızılın tapılması faktı təsdiqlənib. Rayon Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

”Qazıntılar zamanı tapılan əşyanın küp olub-olmaması araşdırmadan sonra bilinəcək. Bunula bağlı ictimaiyyətə məlumat veriləcək”-deyə Polis İdarəsindən bildirilib.

Qeyd edək ki, qızılların tapılmasından 10 günə yaxın vaxt keçir. Bu günə kimi qızılların dövlətə təhvil verilib-verilmədiyi barədə hər hansı məlumat yoxdur. Qızılları görənlər deyir ki, onlar XIX əsrə aid sikkələr olub. Küpdəki sikkələrin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirirlər. Kimi 300, kimi 600, kimi də 800 ədəd olduğunu deyir. Dəqiq sayını isə bilən yoxdur.

Məsələyə digər dövlət qurumlarından da münasibət öyrənəcəyik...

 

Gültəkin Ələsgər 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı