Türkiyənin dünyasını dəyişmiş səkkizinci prezideti Turqut Özalın həyat yoldaşı Səmra Özal və oğlu Ahmet Özalın bu gün günorta saatlatında Türkiyənin hazırki prezidenti Abdulla Güllə İstanbuldakı iqamətgahında olan görüşü sona çatıb.
Bu haqda Modern.az saytına Ahmet Ozal özü şəxsən danışıb. O, qeyd edib ki, media üçün açıq olacağı nəzərdə tutulan görüş son anda qapalı keçirilib.
Ahmet Özal bu qapalı şəkildə aparılan görüş haqqında heç bir açıqlama vermək istəməyib.
Amma o, yaxın vaxtlarda Modern.az saytına müsahibə verə biləcəyini mümkün sayıb.
Əməkdaşımız onunla növbəti dəfə əlaqə saxlamağa çalışacaq.
Hazırda Turqut Özalın ölüm səbəbləri araşdırılır. Bu araşdırma Türkiyə prezidenti Abdulla Gülün göstərişi ilə başlanıb. Araşdırmaya səbəb Özalın ölümündəki şübhəli məqamlara aydınlıq gətirməkdir. Qərara alınıb ki, Turqut Özalın ölümünü dəqiq bilmək üçün onun məzarı açılsın. Məzarın açılması ilə bağlı son qərarı mərhumun ailəsi verəcək.
Bəzi məlumatlara görə, Turqut Özalın zəhərlənib öldürülməsində milliyətcə azərbaycanlı bir şəxsin əli olub.
Mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib.
Könül Səid