Modern.az

Orxan Kərimov azadlığa buraxılıb

Orxan Kərimov azadlığa buraxılıb

Ölkə

21 İyun 2012, 19:10

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə prosesi ilə bağlı Modern.az-a Orxan Kərimovun qardaşı Paşa Kərimov məlumat verib.P. Kərimov bildirib ki, məhkəm prosesi zamanı O. Kərimovun  halı pisləşib və təcili yardım çağırılıb.
“Amma vəsadət qaldırılmışdı ki, onu əməliyyata göndərsinlər. O da təmin olunmayıb. Məhkəmədən sonra isə onu təcridxanaya apardılar. Bizim indi xəbərimiz yoxdur ki, onun səhhəti necədir?”

Qeyd edək ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Orxan Kərimovun vəkilləri Ramiz Məmmədov və Müzəffər Baxışov vəsatətlə çıxış edərək, müdafiə etdikləri şəxsin xəstə olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər. Amma bu  vəsatət təmin olunmayıb. Proses iyunun 25-də davam etdiriləcək. 

***

Az öncə Orxan Kərimovun azadlığa buraxıldığı barədə xəbər verilib. Məlumatı Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu da təsdiqləyib. O, bildirib ki, Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Bu, iyunun 21-də məhkəmədə halı pisləşən O.Kərimov barəsində Prezident Administrasiyasına məruzə olunduqdan sonra baş verib. Administrasiyadan verilən göstərişdən sonra məhkəmə Orxan Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müalicəyə göndərilməsi barədə qərar qəbul edib. 
"Orxan Kərimov hüquq müdafiəçilərinin monitorinq qrupunun Prezident Administrasiyasına yazdığı məktub əsasında buraxılıb. Çünki onun ürəyi xəstəydi və buraxılması şərt idi".

Hüquq müdafiəçisi bildirib ki, O. Kərimov artıq öz evinə gedib, sabahdan müaəlicəyə başlayacaq.

Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci ( Rüşvət alma (passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Orxan Kərimov ağır ürək xəstəliyindən əziyyət çəkir.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı