Modern.az

Şeyx Əbdül: “Tövbə etmişdim, amma Ayaz Mütəllibovla görüşəcəm”

Şeyx Əbdül: “Tövbə etmişdim, amma Ayaz Mütəllibovla görüşəcəm”

Ölkə

27 İyun 2012, 10:03

“Bəziləri gic-gic danışsalar da, Ayaz Azərbaycanın ilk prezidentidir”

Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül Mahmudbəyov Azərbaycanın keçmiş prezidentinin ölkəyə gəlməsi ilə bağlı Modern.az-a açıqlama verib. Şeyx Əbdül Ayaz Mütəllibova görə, tövbə etdiyini bildirsə də, onunla görüşmək istədiyini deyib:

“Mən bu məsələləri o zaman tövbə edərək bağlamışdım. Sözsüz ki, ağsaqqal olaraq, Azərbaycan dövlətinin tərəfdarı kimi birlik istəyirəm. Artıq vəziyyət dəyişib. Bizi daxili parçalanmalara sövq eləsələr batarıq. Azərbaycanda kimsə kimsənin qan düşməni deyil. Mən Ayaz Mütəllibova düşmən deyiləm, o mənim qohumumdur. Ayaz Mütəllibov Azərbaycana gələndə niyə görüşməyim ki,  onunla, görüşəcəm. Bu gün Azərbaycanın ən böyük bəlası odur ki, burada hər şey xüsusi sifarişlə yerinə yetirilir. Ayaz Müttəllibov Bakıya gələndə gedib onu qarşılayacam da. Indi bəzi ağzıgöyçəklər gic-gic ortada danışırlar. Bu adam istəsəniz də, istəməsəniz də Azərbaycanın müstəqillik aktını qəbul edən şəxsdir. O, ölkəmizin ilk prezidenti olub. Bunu necə danmaq olar?”

Tanınmış kinorejissor eks-prezident Ayaz Mütəllibovun vətənə qayıtması üçün ona icazə verilməsini müsbət qiymətləndirərək ölkə başçısına dərin minətdarlığını bildirib. Şeyx Əbdül deyib ki, bəzi qüvvələr Azərbaycanı parçalamaq istəyirlər.

“Azərbaycanda parçalanma istəyən insanların dövlət hesabına hər şeyləri var. Ziyalılar yığışıb qalıblar bir yerdə Azərbaycanda kef görənlər yola getmirlər biri-birləri ilə. Burada ancaq siyasi maraqlar və “stol” davası gedir.

Azərbaycanda xüsusi ağsaqqallar cəmiyyəti yaranmaldır. Onsuz da yaltaqlar qədərincədir. Ölkə Prezidentinə dərin təşəkkürümü bildirirəm ki, mənim 10 il uğrunda döyüldüyüm, söyüldüyüm, evimin it-bat olmasına gətirib çıxaran mübarizəmdən sonra belə bir qanunu təsdiq etdi. Ayaz Mütəllibov da tək deyil ki, onun da eli var, vətəni var. Nə üçün onun gəlməyinə pis baxaq. Axı o Azərbaycanın ilk prezidenti olub”.

Qeyd edək ki, keçmiş prezidentlər haqqında qanun ölkə başçısı tərəfindən təsdiq edildikdən sonra Ayaz Mütəllibovun vətənə qayıtmasına rəsmi olaraq icazə verilib. Eks-prezidentin iyul ayının əvvəllərində 20 illik mühacirət həyatından sonra Azərbaycana qayıtması gözlənilir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı