Modern.az

Gültəkin Hacıbəylidən sərt çıxış: “Biz bu cəmiyyəti silkələməliyik”

Gültəkin Hacıbəylidən sərt çıxış: “Biz bu cəmiyyəti silkələməliyik”

Ölkə

29 İyun 2012, 19:13


Modern.az
saytı xəbər verir ki, Ziyalılar Forumunun bugünki toplantısında çıxış edən keçmiş deputat Gültəkin Hacıbəyli bildirib ki, indi Azərbaycan cəmiyyəti elə bir mərhələdədir ki, onu üçün cavabsız suallar qalmayıb.

“Əgər 5-10 il bundan əvvəl özüm və cəmiyyət üçün bəzi suallar cavabsız idisə, bu gün belə deyil. Bu gün bizim hədəfimiz artıq vəziyyətdən çıxış yollarını axtarmaqdır. Marks deyir ki, “Qul qul olduğunu dərk etdiyi andan etibarən qul deyil”. Cəmiyyət problemin mahiyyətini, kökünü dərk edirsə, korrupsiyanın haradan yarandığını bilirsə, onda korrupsiya səltənətinin özülləri silkələnir, onun təməlində çox ciddi çatlar yaranır. Bu gün Azərbaycan cəmiyyəti bu mərhələni yaşayır. Bu sualların cavabını tapıb və yeni suallar ortaya qoyub ki, bu vəziyyətdən necə çıxaq”.

Keçmiş deputat cəmiyyətin böyük bir hissəsinin aldığı rəsmi maaşın xeyir-şərə yarımıyacaq qədər olduğunu deyib. Onun sözlərinə görə, insanların dəyişməsində Ziyalılar Forumunun üzərinə böyük yük düşür:

“Cəmiyyət bir adamı qınayırsa, bunun dərinliyinə varmalıdır ki, o şəxs xeyir-şər üçün hardan tapsın pulu. Bu adam 150-200 manat maaş alırsa, hardan çatdırsın. Hər bir iş buradan qaynaqlanır. Cəmiyyəti yenidən sosial kodlaşdırmağa ehtiyac var. Düşünürəm ki, nə alman, nə də ki, isveçli olmalıyıq. Gəlin elə türk olaq və Türkiyədən nümunə götürək. Türkiyədə rüşvət varmı? Ola bilsin ki, hansısa səviyyədə var, amma açıq şəkildə, belə bir total vəziyyətdə rüşvət orada yoxdur. Gəlin yaxın qonşulıarımızdan olan Gürcüstan dövləti kimi olaq. Şevardnadzenin dövründə Gürcüstan kimi qanunsuzluğun hökm sürdüyü bir ölkə yox idi. Amma 3-4 ilin içində Gürcüstan hansı məsafəni qət etdi. Həmin millətdi, eyni şüurdu, eyni mentalitet və düşüncədir. Bu bir daha sübut edir ki, kütlə idarə olunandır. Bu cəmiyyətdə 3-4 faiz ziyalılardır. Cəmiyyət onların fikirlərinə hörmət edir. Bu ziyalıların sözü bir çox hallarda siyasi partiya liderlərinin sözündən daha çox eşidilir və buna daha çox dəyər verilir. Bu baxımdan Azərbaycan ziyalısının üzərinə çox böyük məsuliyyət düşür. Cəmiyyəti sirkələmək lazımdır ki, siz faktiki olaraq öz gələcəyinizi məhv edirsiniz. Ziyalılar Forumu bu işdə böyük pay sahibidir. Ziyalının tək səsindən xor alınmayacaq. Bu baxımdan biz bu cəmiyyəti silkələməliyik”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı