Modern.az

Qınını bəyənməyən fərari...

Qınını bəyənməyən fərari...

Ölkə

4 İyul 2012, 12:43

Yazdığı cızmaqaraları təpəsinə dəysin, mətbuatdakı son açıqlamasını oxuduqdan sonra beynimdən keçən ilk fikir bu oldu ki, nə yaxşı bu məlunu şəxsən tanımamışam. Ancaq insan xisləti elədir ki, o danışdıqca kimliyi bəlli olur, ruhundakı paxır və ya böyüklük üzə çıxır. Peyğəmbərimiz Məhəmməd əleyhisalam nahaq yerə deməyib ki, adətən insanı qiyafəsinə görə qarşılayıb qafasına görə yola salırlar.Yaxud adını unutduğum filosoflardan bir deyib ki, danış, kim olduğunu deyim. Bax həmin bu adamcığaz da “gül” ağzını açaraq şəxsiyyətsizlik kodunu çılpaqlığıyla ortaya qoyub...

Xülaseyi – kəlam, mən Azərbaycan siyasətinin ən sanballı simalarından və şəxsən bəndənizin çox yüksək dəyər verdiyi Müsavat başqanı İsa Qəmbərin artıq mənimçün dəyərsizləşmiş fərari müşaviri Əli Əkbərin sərsəmləmələrinə cavab vermək üçün sözün həqiqi mənasında əldən – ayaqdan getməkdə olduğumdan mövzuya hardan başlamağımı da müəyənləşdirə bilmirəm.  Üstəlik, bu qənaətdəyəm ki, əllərinə keçsə, antiqəhrəmanımı quru yuyub yaş sərməyə hazır on minlərlə soydaşımız da var və onlar da bu saat məni peşman edən həmin açıqlamaların cansıxıcı təsiri altında var – gəl edirlər, hirslərini boşaltmağa adam axtarırılar...

 Tanımayanlara ərz edim ki, söhbət 34 yaşı olsa da, bu həyatdan 34 qəpiklik dərs ala bilməyən bir yazarcıqdan gedir və onun bir müddət öncə ölkədən qaçaraq İsveçrəyə pənah aparması azmış kimi ordan ən azı təmənnasız olaraq havasını udub suyunu içdiyi bu məmləkət haqqında ağzına gələni danışmasına biganə qalmaq sadəcə mümkün deyil. Həmkarlarının sosial şəbəkələrdə qarasınca döşəməsinə tərbiyəsinə və əxlaqına uyğun cavab verən bu zad  “İsa Qəmbər və Müsavat Partiyası mənim vəkilim – zad deyillər, xoruz banlamırdı, səhər açılmırdı?” söyləyəcək qədər cılızmış sən demə. Ailəsinin orada yüksək komfort və “ful” güzəranla təmin olunduğunu söyləyərək sanki burda “ştuçnı” siqaret almağa belə imkanı olmasa da, ölkəni tərk etməyi fərarilik hesab edən fədailərimizə yanmışlıq verdikdən sonra əməli adına və soyadına yaraşmayan Əli Əkbər “mən vətən – zad hərləmirəm, övladlarımın da bir daha geri qayıtmasını istəmirəm. Zatən özləri də istəməyəcəklər. İsveçrəli olacaqlar və orduya da burada gedəcəklər, İsveçrəyə, İsveçrə xalqına fayda verəcəklər” deməyə də vaxt tapır. Bəli, belələri vətən hərləməz, çünki axmaqlar və zatıqırıqlar heç zaman “Vətən” məhfumundan bu günədək bir şey qana bilməyiblər.

Dostum İsa bəyə səslənirəm. Belə bir məxluqun Sizə müşavir qalmasını nəinki mən, inanıram ki, müsavatçıların əksəriyyəti də həzm edə bilməz. Onun Müsavat sıralarında qalması həm öz adınıza , həm də şərəfli tarixi olan partiyanızın keçdiyi yola qara ləkədir, onu ilk imkandaca sıralarınızdan rədd etməlisiniz. Tısbağa qınından çıxıb qınını bəyənmədiyi kimi bu yaramaz da ona olan basqıları bəhanə edərək mənsubu olduğu milləti belə aşağılamaqdan nəinki çəkinmir, sanki bunları dilə gətirməkdən həzz alır. Bu həzzi onun burnundan misqal – misqal gətirməlisiniz. Yoxsa mən də, sizi mənim kimi sevən yüz minlər də bunu anlamayacaq.   

 Son olaraq deyim ki, mən heç nə bilmirəm. Çünki nə münəcciməm, nə də Allah. Ancaq bildiyim bir şey var. Nə zamansa onun özü bu gün dediklərinə görə xəcalət çəkməsə belə, xoruz kimi banlamağa məcbur olacaq. Çünki dünyanın fırlandığına adım kimi əminəm! Əgər bu baş verməsə, onda dünyanın ahəngi pozular, dissimmetriya haqqı nahaqqın kirli qucağına atardı...

P. S. Antiqəhrəmanım iddia edib ki, o həmişəlik getməyib. Ancaq məncə yanılır, o cismani olaraq bəlkə də nə zamansa qulağı sırğalı və ya bir isveçrəli kişiylə birgə nikah daşıyıcısı kimi hərləmədiyi məmləkətə dönə bilər. Ancaq o bu vətən və onun övladları üçün artıq ölüb...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı