Modern.az

DYP xeyli avtobus sürücüsünü cərimələyib-REYD

DYP xeyli avtobus sürücüsünü cərimələyib-REYD

Ölkə

4 İyul 2012, 19:27

Bu gün səhər Bakı-Sumqayıt yolunda uzun tıxac əmələ gəlib. Buna səbəb magistralda yerləşən “Ekologiya” postunda DYP-nin əməkdaşlarının reyd keçirməsi olub.

Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi reydlərin sərnişindaşıma ilə məşğul olan avtobuslara qarşı aparıldığını bildirib:

“Bir çox avtobus sürücüləri sənətsiz, kateqoriyası olmadan, bəzən son dayanacaqdan çıxandan sonra sürücülər yerini dəyişərək nəqliyyatı idarə edirlər. Bəzi sürücülər həddən artıq çox sərnişin mindirməklə, qapıları açıq vəziyyətdə nəqliyyatı idarə edirlər. Buda bəzən sərnişinlərin avtobusdan yıxılıb xəsarət alması ilə nəticələnir. Ümumilikdə bunlarla bağlı reyd keçirilib. Avtobus sürücüləri arasında inzibati məsuliyyətə cəlb olunanların sayı heç də az deyil”.

Yolda tıxacın yaranmasına gəlincə K.Əliyev buna digər nəqliyyat vasitələrinin səbəb olduğunu deyib:

“Tıxacın yaranmasına səbəb həmin ərazidən keçən digər nəqliyyat vasitələrinin sürücülərinin dayanıb hadisəyə baxmasıdır. Onların həmin ərazidə sürəti azaldırlar və dayanıb reydə diqqət edirlər. Bu gün həmin ərazidə nəqliyyat vasitələrinin sürəti azaldığından, bir qədər sıxlıq yaranıb”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı