Modern.az

“Lalə Şövkət prezidentliyə namizəd olacaq, bir şərtlə ki...”

“Lalə Şövkət prezidentliyə namizəd olacaq, bir şərtlə ki...”

Ölkə

6 İyul 2012, 13:19

“Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva heç bir  ölkəyə köçməyib, siyasi fəaliyyətini davam etdirir”. Bu barədə Modern.az-a ALP-nın sədri Əvəz Temurxan Lalə Şövkətin Azərbaycandan həmişəlik olaraq Moskvaya köçdüyü barədə sosial şəbəkələrdə yayılan məlumatları şərh edərkən bildirib.

 Partiya sədri deyib ki, Lalə xanımın ölkədən getməsi xəbəri ağ yalandı:
”O siyasi xadimlərlə şəxsi təmaslardadı. Sadəcə, biz bu barədə məlumatı açıqlamırıq”.

Ə.Temirxan onu da bildirib ki, əgər Azərbaycanda demokratik seçki keçirilərsə, Lalə xanım prezidentliyə namizəd olacaq.

”Əminəm ki, həmin seçkidə ən çox səs qazanan da məhz Lalə Şövkət olacaq”.

ALP sədrinin sözlərinə görə, Lalə Şövkət demokratiya uğrunda mübarizəni bütün demokratik düşərgə ilə birgə davam etdirmək niyyətindədir.

Lalə Şövkətin son zamanlar aktiv siyasət nümayiş etdirməməsini partiya sədri belə izah edib: “Aktiv piar kampaniyası yoxdu, bu başqa məsələdi, Lalə Şövkətin siyasəti aktivdi, sadəcə, taktikası belədir”.

Ə.Temirxan: “Tərəfdarlarımızı və demokratik düşərigənin nümayəndələrini əmin edirəm ki,  Lalə Şövkət  demokratiya uğrunda, demokratik islahatlar uğrunda mübarizə aparmaq əzmindədir”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı