Modern.az

Azay Quliyev: “Bu snayperlər Azərbaycan ərazisində nə gəzir?”

Azay Quliyev: “Bu snayperlər Azərbaycan ərazisində nə gəzir?”

Ölkə

6 İyul 2012, 18:24

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assamblyesının Monacodakı 21-ci illik sessiyasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev bu gün çıxış edib.

Azay Quliyev Litvadan olan xanım Vilija Aleknaite Abramikienea “ATƏT  dəyişən region” adlı məruzəsinə görə təşəkkür edib: “Məruzəçi ATƏT regionunda hələ də mövcud olan, təhlükəsizlik və stabillik üçün ən böyük təhlükələrdən biri olaraq qalan həll olunmamış və ya həlli uzadılmış münaqişələrə toxunmuş və digər mühüm məsələləri əhatə etməyə səy göstərib.

Xanım Vilija Aleknaite Abramikieneis tamamilə haqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təmas xətti boyunca və bütövlükdə regionda gərginliyin hələ də davam etməsinə səbəb olur. O ilk  mühüm addım kimi atəşkəs haqqında sazişə riayət edilməsini və snayperlerin geri çəkilməsini təklif edir. Həmçinin o insidentlər baş verdiyi zaman müfəssəl tədqiqatın aparılmasını xahiş edir.

Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair  mexanizmin yaradılmasına razıdır. Amma məntiqi olaraq bu mexanizm Ermənistan qoşunlarının bizim torpaqlardan çıxmasından sonra işləyə bilər”.  

Deputat məruzəçidən soruşub ki, erməni snayperləri Azərbaycanın təmas xəttindən keçən ərazilərində nə edirlər? O, bu məsələyə aydınlıq gətirilməsini xahiş edib: “Buna görə də hesab edirəm ki,  ATƏT PA Ermənistana aydın şəkildə bəyan etməlidir ki, o   status kvonun davam etməsini və işğalın qanuniləşdirilməsini qəbul etməyəcək. Bir daha vurğulamaq lazımdır ki, Ermənistan  Azərbaycan ərazilərini işğal altında saxlamaqla bütün beynəlxalq konvensiyaları və hüquq normalaranı kobud şəkildə pozur.

Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan beynəlxalq normalar çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir və eyni münasibəti də qarşı tərəfdən gözləyirik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı