
Ayaz Mütəllibov Azərbaycan dövlətinin ayırdığı xüsusi avtomobildə aeroportdan Bilgəhdəki bağ evinə yollanıb.
Ayaz Mütəllibov Bakının beynəlxalq aeroportunda onu qarşılayan «Media forum» saytına açıqlama verib.
O, ölkəyə qayıtmasını, Azərbaycanda yaşamasına imkan yaradılmasını yüksək qiymətləndirib:
Ayaz Mütəllibov 1990-cı ildə Azərbaycan prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Rusiya paytaxtı Moskvada yaşayıb. Bu illər ərzində Ayaz Mütəllibov yalnız bir yol – 2011-ci ilin avqustunda oğlu vəfat edəndə Azərbaycana gələ bilib.
Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb. 2003-cü ildə məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib və sabiq prezidentin axtarışı elan olunub.
2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib, bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib. Qanuna görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz.
Modern.az