Modern.az

Prezident Administrasiyasının məmurları vətəndaşları qəbul edəcək - SİYAHI

Prezident Administrasiyasının məmurları vətəndaşları qəbul edəcək - SİYAHI

Ölkə

7 İyul 2012, 23:53

Prezident Administrasiyası iyul ayı üçün vətəndaşların qəbuluna dair cədvəli açıqlayıb. Modern.az maraqlı olacağını nəzərə alıb bu siyahını oxuculara təqdim edir.

Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov vətəndaşları iyulun 9-da qəbul edəcək.  Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev qəbula gələnləri iyulun 17-də, iqtisadi məsələlər üzrə köməkçi Əli Əsədov iyulun 11-də qəbul edəcək. 
PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iyulun 10-da və 24-də vətəndaşları qəbul edəcək. 
PA-nın Qanunvercilik və hüquq ekspertizası müəsələləri şöbəsinin müdiri Şahin Əliyev iyulun 12-də, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 19-da, Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iyulun 31-də, Regional idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev iyulun 16-da, Kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov iyulun 30-da, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov iyulun 27-də, Prezidentin işlər müdirinin birinci müavini Oktay Şahbazov iyulun 26-da,İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov iyulun 25-də, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektoru iyulun 18-də vətəndaşları qəbul edəcək.

 Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dək aparılır. Qəbul saat 14:00-dan başlayır.

X.SƏFƏROĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?