Modern.az

ANAMA-nın statistikası Abid Şərifovun rəqəmindən niyə fərqlənir?

ANAMA-nın statistikası Abid Şərifovun rəqəmindən niyə fərqlənir?

Ölkə

12 İyul 2012, 11:10

Zərər çəkmiş insanların sayı – 2014 nəfər

“Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub”. Bunu baş nazirin müavini Abid Şərifov ötən cümə axşamı ANAMA və NATO/NSPA Azərbaycanda Mina və Partlamamış Hərbi sursatların təmizlənməsi birgə layihəsinin Ceyrançöl təmizləmə layihəsinin açılış mərasimində bildirmişdi. Lakin ANAMA-nın özündən Modern.az-a verilən açıqlamada fərqli rəqəm mövcuddur.

“2004-cü ildən bu günə kimi minadan zərər çəkmiş insanların sayı 2014 nəfərdir. Onlardan 367 nəfər həlak olub”. Bu statistika Modern.az-a ANAMA-dan (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi) bildirilib.

Təşkilatın açıqlamasında qeyd edilir ki, minadan zərərçəkənlərin ehtiyaclarına dair bütün informasiya məlumat bazasına daxil edilib  və müxtəlif layihələrdə istifadə edilir. ANAMA mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2008-ci ildən ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Dirçəliş” – Gənclərin Sosial və Psixoloji Reabilitasiyası Mərkəzi tərəfindən ANAMA ilə tərəfdaşlıq çərçivəsində “Minadan zərərçəkənlərə bərabər imkanlar” layihəsi həyata keçirilib və  Azərbaycanın 5 rayonunu əhatə edib.   

2009-cu ildən “Azərbaycan Мinadan Zərərçəkənləri üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikrokreditlər Fondu” layihəsinin icrasına başlanıb və hazıradək davam etdirilir. Təlimatçıların dəstəyi ilə hazırlanmış biznes planlara əsasən 88 minadan zərərçəkmiş kiçik biznes fəaliyyətinə başlamaq üçün mikrokreditlərlə təmin edilib. 2011-ci il üçün kreditin ümumi məbləği 88 min manatdır. Layihə maliyyəsinin 70 faizi Avstriya İnkişaf Agentliyi, büdcənin qalan hissəsi isə Rotary Club, Sloveniya, Koreya və Azərbaycan dövlətləri tərəfindən ödənilir.

Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım (MZY) Proqramı minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunmalarına yönəlib. MZY Proqramının bir hissəsi olan bu layihənin iki əsas məqsədi vardır.  Birincisi, kiçik biznes qurmaqla minadan zərərçəkənlərə yaşayış üçün qazanc əldə etməyə imkan yaratmaqdır. 

2006-cı ildə həyata keçirilmiş “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi” layihəsi  zamanı 130 mina qurbanı 3 həftəlik müalicə keçib. Sonrakı illərdə 7 ay ərzində 23 rayondan olan 110 minadan zərərçəkənlərə 20 günlük tam tibbi xidmət göstərilib. 2007-2009-cu illərdə “Çıraq” QHT tərəfindən minadan zərərçəkənlərə 209 əlil arabası paylanılıb. 2010-cu ildə ANAMA protez qoyulması cərrahiyyəsini maliyyələşdirib.

Bakı Rotarakt Klubu 2004-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bir neçə Layihələr həyata keçirən Klub, həmçinin Azərbaycanda minadan zərərçəkənlərə yardım üzrə Layihələrdə ANAMA ilə birgə əməkdaşlıq edir. 2011-ci ilin fevral ayında minadan zərərçəkmiş 7 insana göz problemləri ilə müalicə üzrə köməklik göstərilib. Onlardan biri əməliyyat olunmuş və göz problemi aradan qalxıb.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı