Prezident İlham Əliyev Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev təltif edilib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Mahmud Nayfalı oğlu Quliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Mahmud Quliyevin iyulun 22-də 60 yaşı tamam olir. M.Quliyev 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə anadan olub.
1973-cü ildə D.Bünyadov adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsini bitirərək, iqtisadçı ixtisası alıb.
01 avqust 1973 –cü il tarixdən 21 may 1976-cı ilə qədər Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, 21 may 1976-cı il tarixdən 24 mart 1978-ci ilə qədər Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, 31 mart 1978-ci il tarixdən 25 mart 1982-ci ilə qədər Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, 25 mart 1982-ci il tarixdən 28 fevral 1986-cı ilə qədər Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.
03 aprel 1986-cı il tarixdə yenidən Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 19 mart 1988-ci ilə qədər bu vəzifədə çalışıb.
19 mart 1988-ci il tarixdən 06 oktyabr 1995-ci ilə qədər Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru, 11 yanvar 1996-cı il tarixdən 25 iyul 1996-cı ilə qədər Rayonlararası Quraşdırma-Tikinti İstehsalat Birliyinin 19 saylı Təmir-tikinti Trestinin müdiri, 16 iyun 1997-ci il tarixdən 25 may 1998-ci ilə qədər “Dövlətqaçqınkom”un Nəzarət-təftiş İdarəsində aparıcı təftişçi-mühasib, 26 may 1998-ci il tarixdən 18 dekabr 2000-ci il tarixədək isə Bakı şəhər Ekologiya Komitəsinin Abşeron Gil adası Yasaqlığı İdarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.