Modern.az

Məmməd Aslan: “Fətullah Gülənin əslən Azərbaycandan olmasına inanmıram”

Məmməd Aslan: “Fətullah Gülənin əslən Azərbaycandan olmasına inanmıram”

Ölkə

13 İyul 2012, 11:17

Modern.az saytı hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan “Gülən Camaatı”nın lideri Fətullah Gülənlə bağlı araşdırma apararkən onun əslən Azərbaycandan olduğu barədə məlumatlar üzə çıxıb. Əldə olunan faktlara görə, Fətullah Gülənin babaları Türkiyənin Ərzurum bölgəsinə vaxtilə Azərbaycanın Gəncə şəhərindən gedibmişlər.
Vəd etdiyimiz kimi, bu istiqamətdə araşdırma yekunlaşandan sonra yazı saytımızda dərc olunacaq.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Məmməd Aslan isə bu məlumatın həqiqiliyinə şübhə etdiyini bildirib Modern.az-la əlaqə saxlayan Məmməd Aslan belə deyib:  

“Fətullah Gülən xoca “Mənim kiçik dünyam” adlı kitabında hər şeyi yazıb. Orada bütün nəslinin, nəcabətin Ərzuma gəlməzdən əvvəl Türkiyənin başqa bir yerinə sürüldüyünü, bir müddət orada qaldıqdan sonra Ərzuruma gəldiyini qeyd edib. Əgər o, əslən Azərbaycan tərəfdən olsaydı, kitabda deyərdi. O, Azərbaycan tərəfdən deyil və bu heç vaxt doğru ola bilməz”.

Fəttullah Güləni çox qovğalar, əzablar çəkmiş dini lider kimi xarakterizə edən Məmməd Aslan “onun ya Gəncədən, ya da Lənkərandan olmağı bizə nə verir ki?”-deyə bildirib.

Şair deyib ki, “Zaman” qəzetindən Faruq Mərcan “Fətullah Gülən Xoca” adlı 700 səhifəlik çox böyük monoqrafik kitab yazıb və orada Fətullah Gülən fonemeni ilə bağlı bütün sorğulara cavab verib.
”O kitabda da onun əslinin Azərbaycandan olması faktı yoxdur. Ona görə onun əslinin Azərbaycandan getməsini təsdiq edən nəsə axtarmağa dəyməz”.

M.Aslan qeyd edib ki, Fətullah Gülənin “Mənim kiçik dünyam” adlı kitabında atasının Ramiz Əfəndi olduğunu qeyd edib.
“Əgər o Azərbaycandan gedən bir adam olsaydı “Əfəndi” adlandırılmazdı, heç olmasa Ramiz bəy olardı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev ora gedib və bu onlarda bəllidir, bunun nə günahı var ki, atası gedə və Türkiyədə qadağan oluna ki, bu azərbaycanlıdır və indiyə qədər tərcümeyi-hallarda yazılmasın”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı