Modern.az

Arzu Səmədbəyli: “İsa Qəmbər prezident seçkisinə başqan kimi qatılmalıdır”

Arzu Səmədbəyli: “İsa Qəmbər prezident seçkisinə başqan kimi qatılmalıdır”

Ölkə

13 İyul 2012, 15:01

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının başqanlığa namizədliyi ilə bağlı mətbauta verdiyi açıqlamalara münasibət bildirib. O, Modern.az-a Arif Hacılının Müsavat başqanlığına namizədliyinin hazırki durumda bir o qədər də aktual məsələ olmadığını deyib:

“Bu məsələyə mən hələlik münasibət bildirmək istəmirəm. Çünki qurultayın vaxtı müəyyən olmadığına görə, mənim də bu məsələ ilə bağlı fikirlərim fərqlidir. Mən hesab edirəm ki, qurultayın vaxtı müəyyən olunmayana qədər, başqanlığa namizədliyə start verilməyənə qədər, bu məsələ aktual deyil. Zamanı gələndə mən öz fikrimi bir daha söyləyəcəm. Amma indi başqanlığa namizədlik kampaniyası başlanmamış nəyəsə münasibət bildirmək məncə aktual olmazdı”.

A.Səmədbəyli bəzi Müsavat funksionerləri kimi İsa Qəmbərin prezident seçkilərinə başqan olaraq qatılmasının tərəfdarı olduğunu bildirib.

“Amma mən düşünürəm ki, İsa Qəmbər Müsavat başqanı olaraq qalmalıdır. 2013-cü il prezident seçkilərinə qədər o başqan olaraq seçkilərə qatılmalıdır. Müsavat Partiyasında da böyük əksəriyyət bu fikirdədir. Mən də İsa bəyin seçkilərə başqan olaraq qatılmasının tərəfdarıyam. Odur ki, hazırki durumda başqanlığa namizəd məsələsi aktual deyil”.

Qeyd edək ki, son günlər mətbuata açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiya başqanlığına namizədliyini irəli sürəcəyini bildirib. A.Hacılı başqan olacağı təqdirdə Müsavatın təsir imkanlarının indikindən də çox olacağını deyib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı