Modern.az

Zeynəb Xanlarovanın qudası səfir postundan geri çağırıldı

Zeynəb Xanlarovanın qudası səfir postundan geri çağırıldı

Ölkə

13 İyul 2012, 18:53

Prezident İlham Əliyev Arif Ağaqulu oğlu Ağayevin Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmasına dair sərəncam imzalayıb. 

Modern.az bu barədə Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Arif Ağayev 2007-ci il mayın 16-da Qırğız Respublikasına səfir göndərilmişdi. Həmin təyinatdan öncə isə o, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı postunu tutmuşdu.

Qeyd edək ki, Arif Ağayev millət vəkili Zeynəb Xanlarovanın qudasıdır. Məlumatlara görə, A.Ağayev son vaxtlar səhhətindəki problemlərlə əlaqədar diplomatik səlahiyyətlərini icra edə bilmirmiş.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı