Modern.az

Ayaz Mütəllibova halallıq vermirəm!..

Ayaz Mütəllibova halallıq vermirəm!..

Ölkə

14 İyul 2012, 11:47

Ayaz Mütəllibov qayıtdı.

20 illik mühacirət və həsrətdən sonra.

“Ölməyə vətən yaxşı” düşüncəsində olan bütün insanlara Azərbaycanın qapısı açıq olsun!

20 il bundan əvvəl, hətta 10 il əvvəl bunu təsəvvürə belə gətirmək olmazdı. Amma indi iqtidar başqa, fərqli bir siyasi qütbdə olan şəxsə qarşı mərhəmət göstərdi.

Bunu vətəndaş sülhünə doğru bir addım saymaq olarmı? Olar!

Eks-prezidentlər haqqında qanun Ayaz Mütəllibova elə də böyük imtiyazlar vermir. Rahat, sakit, guşənişin, tox həyat. Və vətəndə ölmək şansı. Vətəndə dəfn edilmək imkanı. 74 yaşını haqlamış bir insana bundan artıq nə lazımdır ki?!

Amma məsələ bununla qapandımı? Yox!

Ayaz Mütəllimovun elektoratı və Ayaz Mütəllibovun tərəfdarları. Eks-prezidentin hüquqlarının müdafiəsi yolunda canından könüllü keçmiş, özünü fəda etmiş və mühakimə olunmuş, həbslərə atılmış, məhrumiyyətlərlə üzləşmiş, çərlədilmiş adamlar. İndi onları indi xatırlayan varmı? Bəs onlar necə olsun? Neçəsinin indi məhbəsdə olduğu bilinirmi? Hansı ittihamla üz-üzə qoyulduğu indi müzakirə edilməlidirmi? Bu insanlara dair hansısa əfv və bəraət qərarı çıxarılmalıdırmı?

Məncə, hə. Bu, onların haqqıdır! Amma necə? Məhkəmə hökmlərinin geriyə işləmə qaydası yoxdursa və ümumiyyətlə, tarixin təkərini, saatın əqrəblərini geriyə çəkmə üsulu kəşf edilməyibsə, necə?

Ölümdən başqa hər şeyə çarə var. Bu məsələni mütləq düşünmək gərəkdir. Bəlkə də hamıdan çox Ayaz Mütəllibov düşünməlidir. Onu əfv edənlərə müraciət etməlidir. Tərəfdarlarının əfvi və bəraətini rica etməlidir. Əks halda ictimai rəyi öz əfvini eks-prezidentə halal edilməyəcəkdir. Ayaz Mütəllibovun vicdan mühakiməsi davam edəcəkdir.   

Mən belə düşünürəm.        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı