Modern.az

YAP-ın rəhbər strukturları eks-deputatlar və sabiq məmurlardan "təmizlənəcək"

YAP-ın rəhbər strukturları eks-deputatlar və sabiq məmurlardan "təmizlənəcək"

Ölkə

14 İyul 2012, 15:14

Hakim Yeni Azərbaycan Partiyasının növbəti qurultayında qurumun rəhbər struktirlarının tərkibində dəyişiklik ediləcəyi gözlənilir. Bu barədə Modern.az saytına YAP-dakı mənbə məlumat verib. Məlumata görə, hazırda İdarə Heyətində və Siyasi Şurada təmsil olunan əsasən yaşlanmış bir çox eks-deputatlar, sabiq məmurlar rəhbər strukurlardan kənarlaşdırılacaq, sıravi üzv kimi saxlanacaq. Onların əvəzinə hazırda dövlət qurumlarındakı müxtəlif yüksək vəzifələr tutan gənc fəal YAP-çılar partiyanın rəhbər strukturlarına da irəli çəkiləcəklər.

Modern.az saytının məlumatına görə, hazırda YAP-ın İdarə Heyətində 5 eks-deputat təmsil olunur: Murtuz Ələsgərov, Şahlar Əsgərov, Nizami Xudiyev, Kərim Kərimov, Zahid Qaralov.

YAP-ın Siyasi Şurasında isə eks-deputatlar və sabiq məmurların sayı daha çoxdur. Sabiq maliyyə naziri Əvəz Ələkbərov, təhsil nazirinin sabiq müavini İradə Hüseynova, eks-deputatlar Murtuz Ələsgərov, Əli Əlirzayev, Şahlar Əsgərov, Səlahəddin Xəlilov, Nizami Xudiyev, Südeyf İmamverdiyev, Kərim Kərimov, Zahid Qaralov, Həsən Mirzəyev, sabiq konsul Xeyrəddin Qoca, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Musayev, sabiq icra başçısıları Musa Musayev, Elbrus Təhməzov hakim partiyanın Siyasi Şurasının üzvləridirlər.

Qeyd edək ki, YAP-ın son qurultayı 2008-ci ilin avqust ayında keçirilib. Nizamnaməyə görə, partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir. Hakim partiyanının növbəti qurultayının dəqiq tarixi bəlli deyil...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı