Modern.az

“Mən səni sevirəm” - Tanınmışların ilk sevgi etirafı

“Mən səni sevirəm” - Tanınmışların ilk sevgi etirafı

Ölkə

17 İyul 2012, 11:35

Sorğu iştirakçısı: “O qız zəlzələdə həlak oldu...”

İlk sevgisi. Tanınmışlar ilk sevgi etirafını nə vaxt ediblər? Qarşı tərəf onlara nə cavab verib?

Modern.az məşhurların sevgi etiraflarını sizə təqdim edir.

Xalq şairi Vaqif Səmədoğlunun ilk sevgisi faciə ilə sona yetib. “O qız 1948-ci il Aşqabad zəlzələsində həlak oldu. O vaxt onun 7, mənim 9 yaşım vardı”.

Deputat Əli Məsimli isə ilk dəfə məktəbdə oxuyarkən sevgi etirafı edib. Ə. Məsimlinin bu sevgisi uğurlu alınmayıb.

Xalq yazıçısı Əkrəm Əylisli isə ilk sevgi etirafını 16 yaşında olarkən edib. Yazıçının sözlərinə görə, cavab müsbət olsa da, sonradan bu sevgi alınmayıb. Ə. Əylisli bildirib ki, həmin şəxslə məktəbdə birgə oxuyublar.

Müğənni Faytonçu Nazim ilk sevgi etirafını məktəb yaşında olarkən edib. “O qız başqa bir məktəbdə oxuyurdu. O məni,  məndə onu sevirdim. Amma biz qovuşa bilmədik. Məktəbi qurtaran kimi onu ərə verdilər”.

Xalq artisti Ağaxan Salmanlı da ilk sevgi etirafından danışıb. “Mənim ilk sevgi etirafım çox uzaq deyil ki, yaddan çıxa. Bu, 1974-cü ilin əvvəlində, fevralın 8-i olmuşdu. Elə ondan bir ay sonra da evlənmişik. Martın 8-i toyumuz olub. Bu günədək davam edir qoşalığımız. Göz dəyməsin!”

Bəstəkar Xanım İsmayılqızı bildirib ki, ona ilk sevgi etirafını 17 yaşında ediblər və elə həmin şəxslə də ailə həyatı qurub.

Rejisor Kənan MM isə ilk sevgi etirafını həyat yoldaşı olan müğənni Aygün Şükürovaya edib. Müğənninin də cavabı belə olub: “baxarıq da...”

Gənc yazar Günel Mövluda ilk dəfə 10-cu sinifdə oxuyarkən sevgi etirafı ediblər. G. Mövlud bildirib ki, həmin oğlandan çox xoşu gəlsə də, ona “yox” deyib. “Çünki o vaxt elə bilirdim ki, yaxşı oğlanın bacısı onu istəyən oğlana birinci dəfədən “hə” deməz”.

“Space” telekanalının aparıcısı Arzu Əsgərovaya ilk sevgi etirafını tələbə olarkən ediblər. “O, başqa universitetdə oxuyurdu. Baxmayaraq ki, mənə sevgisini etiraf edənlər çox olub, bu etiraflardan yalnız birinə “hə” cavabı vermişəm, o da oğlum Ümidin atasıdır, yəni həyat yoldaşım”.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı