Modern.az

İlk qəbul imtahanında 1 abituriyent 700 bal toplayıb

İlk qəbul imtahanında 1 abituriyent 700 bal toplayıb

Ölkə

18 İyul 2012, 11:07

Ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında bir abituriyent 700 bal toplayıb.  Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E.Nağızadənin sözlərinə görə, həmin abituriyent test kitabçasında olan bütün 125 suala düzgün cavab verərək, maksimal göstərici əldə edib.

TQDK rəsmisinin sözlərinə görə, 700 bal toplayan abituriyent Bakı şəhəri Sabunçu rayonunda yerləşən 72 saylı məktəb-liseyin məzunudur. E.Nağızadə qeyd edib ki, bununla bağlı ətraflı məlumat veriləcək.

TQDK rəsmisi bildirib ki, ümumilkdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri dünən açıqlanıb. Imtahanlarda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən  938 nəfəri imtahanda iştirak etməyib. Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, ötən il bütün qruplar üzrə cəmi 4 abituriyent 700 bal toplaya bilmişdi ki, onlar arasında da III qrupdan olan yox idi.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı