Modern.az

YAP Ramiz Mehdiyevin prezidentliyə namizədlik məsələsinə münasibət bildirdi

YAP Ramiz Mehdiyevin prezidentliyə namizədlik məsələsinə münasibət bildirdi

Ölkə

23 İyul 2012, 17:57

 “Ramiz Mehdiyev cəmiyyətdə böyük nüfuza malik şəxsdir, amma partiyamızın yeganə namizədi cənab İlham Əliyev olacaq”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2013-cü ildə prezidentliyə namizəd olacağı haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib. YAP rəsmisi müxalifət qəzetlərində yazılan xəbərləri təkzib edərək, bunun həqiqətə uyğun olmadığını vurğulayıb.

“Onlar qəzet deyil, dezinformasiya mənbəyidir. Bu haqda Yeni Azərbaycan Partiyasının mövqeyi bəllidir. Bizim yeganə namizədimiz partiyanın sədri, cənab İlham Əliyev olacaq          . Bu barədə partiyanın icra katibi Əli Əhmədov da məlumat verib, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da.
YAP-ın namizədinin cənab İlham Əliyevin olacağı heç kimdə şübhə doğurmamalıdır. Həmin qəzetlər tirajlarını artırmaq, oxucuların diqqətini cəlb etmək üçün müxtəlif xarakterli yalan məlumatlar yayırlar. Hörmətli Ramiz müəllim partiyamızın rəhbərliyindədir, eyni zamanda ölkənin ictimai-siyasi həyatında ən nüfuzlu şəxslərdən biridir. Düşünürəm ki, bu fikirlər həqiqəti əks etdirmir. Bunlar həmin qəzetlərin xəyalıdan keçən uydurma məlumatlardır”, - deyə M.Qurbanlı vurğulayıb.

Qeyd edək ki, “Yeni Müsavat” Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola biləcəyi haqda məlumat yayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı