Modern.az

Nazirlik rəsmisi: “Məhsulumuz bol olacaq”

Nazirlik rəsmisi: “Məhsulumuz bol olacaq”

Ölkə

25 İyul 2012, 11:21

“Cari ildə biçiləcək 687 min 982 hektar buğda sahəsindən 628 min 046 hektar sahə artıq biçilib. Buğda istehsalı isə 1 mln. 687 min 907 ton təşkil edib”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az-a verdiyi məlumata görə, payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) yığımına başlanılıb. Onun sözlərinə görə, ötən ilin cari dövrü ilə müqayisədə məhsuldarlıq yüksəkdir. Belə ki, ötən il 933 min 032 hektar ərazidən 891 min 851 hektar payızlıq və yazlıq dənli bitki biçilib. İstehsal isə 2 mln. 200 min 420 ton olub. Bu ilin iyul ayının 23-ü üçün məhsuldarlıq ötən ilə nisbətən 106,5 % yüksək olub. Belə ki, 2012-ci ildə paxlalı və dənli bitkilərdən 995 min 888 hektar biçiləcək sahədən 916 min 221 hektarı biçilib. Cari ildə 2 mln. 405 min 591 ton istehsal olunub. Məhsuldarlıq isə hər hektardan 26,3 ton təşkil edib.

Nazirlik rəsmisi buğda istehsalında da ötən ilə müqayisədə artım olduğunu söylədi. Onun sözlərinə görə, ötən il 654 min 044 hektar biçiləcək buğda sahəsindən 625 min 458 hektarı biçilmişdirsə, bu il 687 min 982 hektar sahədən 628 min 046 hektarı artıq biçilib. Buğda istehsalı isə 1 mln. 687 min 907 ton təşkil edib.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı