Modern.az

Bir şəklin tarixcəsi - Milli Məclisdə susmaq qızılmış (?!)

Bir şəklin tarixcəsi - Milli Məclisdə susmaq qızılmış (?!)

Ölkə

26 İyul 2012, 15:38


Bir zamanlar Azərbaycan Milli Məclisinin (keçmiş Ali Sovetin) iclas salonunda deputatların çıxış etməsi üçün mikrofonlar qoyulmuşdu. Oturacaqların arasında quraşdırılmış və nömrələnmiş mikrofonlardan ən məşhuru “4-cü mikrofon” idi.  (Sonradan “4-cü mikrofon”un “şərəfinə” eyni adlı qəzet və TV proqram da açılmışdı).  “4-cü mikrofon”u populyarlaşdıran isə oradan edilən çıxışlar idi. Sovet dövründə “yekdilliyə” alışmış Azərbaycan insanı, fərqli  fikri bu mikrofondan eşitməyə başlamışdı.

Modern.az-ın “Bir şəklin tarixcəsi” layihəsində bu gün təqdim etdiyi fotoşəkil “4-cü mikrofon” ətrafında yaranan böyük növbələrdən bir epizodu nümayiş etdirir.

Şəkildən də göründüyü kimi, çağdaş tariximizdən canlı olaraq tanıdığımız siyasilər “4-cü mikofon” ətrafına topalanaraq çıxış üçün növbə gözləyirlər.

Şəkildə öndə oturmuş deputat Mixail Zabelindir. Göründüyü kimi cənab Zabelin elə o vaxtdan parlamentdə çıxış etmək həvəsində olmayıb. Bəlkə elə buna görədir ki, şəkildə görünən o zamankı deputatlardan yalnız Mixail Zabelin öz kreslosunu o zamandan qoruyub saxlaya bilib. Və ya belə də demək olar ki, seçiciləri onun parlamentin iclaslarında birmənalı şəkildə susmasını yüksək qiymətləndirərək, hər dəfə ona səs verirlər.

Şəkildəki eks-deputatlardan hazırda deputat olmaq istəyənlər Sülhəddin Əkbərlə Tahir Kərimlidir. Görəsən, Mixail Zabelinin “Susmaq qızıldır” prinsipi onların deputat olmasına nə dərəcədə kömək ola bilər... 

(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı