
Modern.az-ın əməkdaşları əntiq əşyaların satıldığı məkandan repotaj hazırlayarkən maraqlı faktla qarşılaşıblar. Əməkdaşlarımız Azərbaycanın görkəmli müğənnilərinin səs vallarının satıldığı əntiq əşyalar dükanında ölməz sənətkar Bülbülün bir “plastinka”sına rast gəliblər. Məlum olub ki, Bülbülə məxsus bu səs valının üstünü 26 iyun 1978-ci il tarixində dahi müğənninin həyat yoldaşı Adelaida Məmmədova öz şəxsən əllə yazıb.
Üstü əlyazmalı olan həmin “plastinka” Adelaida Məmmədova tərəfindən Abdulla Hacıbabaoğlu adlı bir şəxsə bağışlanıb. Bu səs valının sonradan Bakıda hamının “Torqovıy” kimi tanıdığı Nizami küçəsində yerləşən əntiq mallar dükana necə gəlib çıxdığı isə bəlli deyil.
Dükanın sahibi Saleh dayı Bülbülə məxsus mahnılardan ibarət səs valının satışa kimin gətidiyini yadına sala bilmədi. Ancaq onu qeyd etdi ki, bu albomun mənəvi dəyəri qiymətsiz olsa da, hal-hazırda 400 manata satışa qoyulub.


Adelaida Məmmədova - ortada (üçüncü)
Anar Kəlbiyev
Elçin Ağayev