“Bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq”.
Modern.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 27-də keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədrinin sözlərinə görə, Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas müəssisələrinə ərizə qəbulu avqustun 1-dən başlayacaq.
Komissiya sədri bildirib ki, abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər.
M.Abbaszadə qeyd edib ki, bu il ümumi orta təhsil bazasında (9 illlik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür. Onlardan 4866-sı dövlət sifarişi üzrə, 5538-i ödənişli əsaslarladır.
Anar Kəlbiyev