Modern.az

IV ixtisas qrupunda ballar aşağı salınacaq?

IV ixtisas qrupunda ballar aşağı salınacaq?

Ölkə

27 İyul 2012, 16:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarından sonra iki ixtisas qrupu üzrə müsabiqəyə keçid ballarını aşağı saldı: III qrupun balı 300-dən 250-yə, I qrupun balı isə 250-dən 150-yə endirildi.

TQDK bu gün – iyulun 27-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Qeyd edək ki, TQDK əvvəlcədən bəyan edib ki,  IV ixtisas qrupunda ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar.

Bəs digər ixtisas qruplarrında olduğu kimi, IV qrupda da ballar aşağı salına bilərmi?

TQDK rəsmiləri bunu mümkün sayırlar.  TQDK-dan bilidirilib ki, bu ixtisas qrupu üzrə minimum keçid balının aşağı salınması abituriyentlərin göstərdiyi nəticələrdən asılı ola bilər.

Mümkündür ki, IV qrupda müsabiqəyə keçid balı 250-dən 200-ə endirilsin.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı