Modern.az

Rəsul Quliyev namizəd olacağını Modern.az-a açıqladı

Rəsul Quliyev namizəd olacağını Modern.az-a açıqladı

Ölkə

30 İyul 2012, 15:43

“Prezident seçkisi öncəsi mənim namizədliyimi dəstəkləyən təşkilatlardan komanda yaradacağıq”

Azərbaycanda prezident seçkisi yaxınlaşdıqca istər hakimiyyət, istərsə müxalifət düşərgəsində bu mövzu aktuallaşmağa başlayır. Hakimiyyətin namizədinin indiki prezident İlham Əliyev olacağı haqda son vaxtlar dövlət məmurları və hakim partiyanın funksionerləri birmənalı fikirlər söyləyiblər. Müxalifət düşərgəsində isə kimlərin seçkiyə qatılacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Son zamanlar hazırda ABŞ-da yaşayan Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin adı prezidentliyə mümkün namizədlərdən biri kimi hallandırılır. Onun lideri olduğu Açıq Cəmiyyət Partiyasının  Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını tərk etməsinin də prezident seçkisinə hazırlıqla bağlı olduğu güman edilir.

Modern.az saytı bu ehtimalların doğru olub-olmaması ilə bağlı Rəsul Quliyevin özündən öyrənib.

Rəsul Quliyev Açıq Cəmiyyət Partiyasının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını tərk etməsinin birbaşa onun tövsiyyəsi ilə bağlı olmadığını bildirib:

“Hərəkatın heç bir real işlə məşğul olmaq istəməməsi barədə həm Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev birinci dəfə ABŞ-da olanda, həm də Sülhəddin Əkbər ACP-nın sədri seçiləndən sonra fikirlərini söyləyirdilər. Mənim onlara tövsiyəm yalnız bu olub ki, özünüz müzakirə aparıb özünüz də qərar çıxarın. Siz bu hərəkatın nə dərəcədə mühüm olduğunu məndən yaxşı bilərsiniz”. 

«Sizin partiya ilə eyni vaxtda Liberal Demokrat Partiyasının da o hərəkatı tərk etməsini prezident seçkisi öncəsi sizin namizədliyiniz ətrafında yeni blokun yaranacağına hazırlıq kimi qəbul etmək olarmı” sualına cavabında eks-spiker prezident seçkisində iştirak etmək niyyətini gizlətməyib:

“Prezident seçkiləri qabağı sözsüz mənim namizədliyimi dəstəkləyən istər partiyalar, istərsə də başqa qurumlar və təşkilatlardan komanda yaratmağa cəhd göstərəcəyik. Bu komanda ilk növbədə demokratik seçki şəraiti uğrunda mübarizə aparacaq ondan sonra prezident seçkiləri uğrunda komandaya çevriləcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı