Modern.az

Deputat: “Mən hotel deyil, özümə beşmərtəbəli ev tikdirirəm”

Deputat: “Mən hotel deyil, özümə beşmərtəbəli ev tikdirirəm”

Ölkə

1 Avqust 2012, 13:32

Mətbuat 96 saylı Goranboy-Naftalan seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Mahir Aslanovun paytaxtda özünə hotel tikdirdiyi barədə xəbər yayıb. Bildirilir ki, deputat Nəsimi rayonunda 50-yə yaxın ailənin yaşadığı evi təhlükə altında qoyaraq, sözügedən ünvanda özünə məxsus iki villanı uçurdub, yerində beş ulduzlu hotel tikdirir və tikinti də qanunsuz aparılır.

Məlumatı dəqiqləşdirmək üçün Modern.az saytı deputatın özü ilə əlaqə saxlayıb. Mahir Aslanov bildirib ki, həmin tikili hotel olmayacaq və tikinti işləri də tam qanuna uyğun aparılır:

“Bu tikinti üçün rəsmi icazə alınıb, layihə təsdiqlənib. O ərazidə yaşayan sakinlərdən biri deyir ki, “mənim evimi milyon yarıma al”. O nəinki milyon yarımlıq, heç 500 min mantlıq ev deyil. Ona da bizim ehtiyacımız yoxdur, deyir ki, “sən bunu almasan, mən sizdən şikayət edəcəm”. Bununla da bağlı   “Azadlıq” və “Yeni Müsavat” qəzeti məqalə verib. Bizim sənədimiz var, Bakı Şəhər İcra Hakimiyyətinin, rayon İcra Hakimiyyətinin verdiyi sərəncamı var, layihədə təsdiqlənib. Camaat 7 mərtəbə tikir, biz 5 mərtəbə tikirik, bunun nə əhəmiyyəti var? Mənim şəxsi torpağımdır. Hər bir sənədimiz var. Mən gözləyirəm ki, qəzetdə bir-iki dəfə belə məqalə versinlər, ondan  sonra jurnalistləri məhkəməyə verəcəm, hərəsini 4-5 min manat cərimə etdirəcəm.  Ora hotel deyil, beşmərtəbəli yaşayış binası olacaq, əvvəlki evmizin yerində tikirik. Oğlumla öz evimi birləşdirib, tikirik.  Birinci və ikinci mərtəbələr ticarət mərkəzləri, qalanları isə  evimiz, ofisimiz olacaq. Mənim 3 oğlum var,  hərəsinin öz ofisi olacaq”.

Deputat qeyd edib ki,  həm ev, həm də  torpaq sahəsi onun öz adınadır və uzun müddət şəxsi mülkü olub. 

“Ev, torpaq sahəsi mənim adımadır. Orada 1996-cı ildən ev tikilib. Bizim çoxdan orada evimiz olub. Kamal adında bir vətəndaş deyir ki, “ya mənim evimi almalısan, ya da ki səndən şikayət edəcəm”. Oradakı qonşuların da biri mənim  əmimoğludur, biri oğlum, biri qohumumdur. Bu adam evini birləşdirib hasara, bizim də ev onun evindən 3-4 metr aralıdır, bu, isə deyir ki, “sən evini 11 metr aralıda tik”. Burada nə qədər  yer var ki, 11 metr aralayasan? Villalarda da 4-5 sot torpaq olur. Mən neçə ildir ki, tikinti işilə məşğulam, burada qeyri-qanuni heç nə  yoxdur. Nəsimi rayonu ərazisində, İnqilab küçəsində tikilir, yol qırağıdır. Mən bu yaşda heç bir qanunsuz iş  görmərəm. Sadəcə həmin insan o ərazidə kim ev tikirsə, hamısı ilə dalaşır”.

Nihadə Eyyubova
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı