Qalmaqallı huquq müdafiəçisi hazırkı hakimiyyətin əsas rəqibinin Əli Kərimli olduğunu deyir
“Mən həmişə İlham Əliyevi güclü insan kimi tanımışam və rəyim rəhmətlik Anar Məmmədxanovun onun barəsində söylədiklərinə əsaslanıb”. Modern.az bildirir ki, bu sözləri "Ameriaknın səsi” radiosunun “Sərbəst kürsü” onlayn forumunda qonaq olan hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayev dinləyici suallarına cavab verərəkən bəyan edib.
Ona ünvanlanmış “hazırda İlham Əliyev və hakimiyyət komandası barədə hansı qənaətləriniz var” sualının cavabında deyib ki, İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir.
“Bunu zaman sübut etdi. Əslində, rəhmətlik Heydər Əliyevin obyektiv səbəblərdən edə bilmədiyini, İlham Əliyev etdi. Mütləq siyasi hakimiyyətə sahib çıxdı. İlham Əliyev barəsində onun alternativləri nələr yazırdı – bir keçmişin səhifələrini vərəqləyin? Mən həmişə İlham Əliyevi güclü insan kimi tanımışam və rəyim rəhmətlik Anar Məmmədxanovun onun barəsində söylədiklərinə əsaslanıb. Anar yanılmazdı və qiymətləndirməsində yanılmadı. İlham Əliyevin şəxsiyyəti və qabiliyyəti barəsində yazılanların 90% əsatirlər idi və cəmiyyəti də bu əsatirlərə inandırmışdılar. Ona görə də cəmiyyət hakimiyyətə məğlub oldu”-deyə E.Fətullayev bildirib.
“İlham Əliyevin komandasında bir xüsusiyyət müxalifəti üstələməyə kömək edir. Təhlükə zamanı bütün daxili umu-küsünü unudub, yumruq kimi birləşirlər. Müxalifət isə əksinə – təhlükə və həlledici məqam vaxtı parçalanır.İlham Əliyevi və onun komandasını bir fərqləndirən cəhət də var: pis-yaxşı bu insanların bir əxlaq Kodeksi var. Qaraguruhun heç bir Kodeksi yoxdur”-deyə E.Fətullayev bildirib.
E. Fətullayev həmçinin 2013-cü il prezidnet seçkilərində müxalifət düşərgəsinin şanslı namizədinin də adını çəkib. Onun sözlərinə görə, iqtidarın guya alternaitvlərinin olmadığı barədə deyilənləri bölüşmür. “Məncə, müxalifətdən prezidentliyə iki real namizəd var – Əli Kərimli və İlqar Məmmədov. Ancaq söhbət ədalətli seçkilərdən gedirsə…”-deyə o vurğulayıb.
Xaqani SƏFƏROĞLU