Modern.az

Yol polisinin sürücünün sərxoşluğunu yoxlamaq üsulu - “Ə, bir ho elə...”

Yol polisinin sürücünün sərxoşluğunu yoxlamaq üsulu - “Ə, bir ho elə...”

Ölkə

2 Avqust 2012, 18:49

“Xeyr, sürücünün sərxoşluğu alkotesterlər vasitəsilə müəyyən olunur” – YOL Polisi rəsmisi


Bəzən Yol Patrul Xidməti (YPX) əməkdaşı sürücünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün ondan nəfəs verməsini tələb edir. Bu vəziyyətdə daha çox “Bir ho elə” kimi müraciət edilir. Bunun nəticəsidir ki, el arasında “Ə, bir ho elə” kimi deyim yayılıb. Ümumiyyətlə patrul əməkdaşı sürücünün içkili olmasında şübhələnərkən belə primitiv üsuldan istifadə etməli deyil. Həmdə bu sürücüyə qarşı hörmətsizlik sayıla bilər.

Görəsən, YPX əməkdaşı sürücünün içkili olmasını aşkar etmək üçün ondan nəfəs verməsini tələb edə bilərmi?

Modern.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, bu gün sərxoşluq dərəcəsinin yoxlanılması üçün bütün YPX növbətçilərinə xüsusi alkotester verilib və alkotesterlər vasitəsilə sürücünün sərxoşluq dərəcəsi müəyyən olunur. Şöbə rəisinin sözlərinə görə, YPX əməkdaşı kiçik spirt qoxusu hiss etdikdə və sadəcə şübhələndikdə sürücüdən nəfəs verməsini təklif edə bilər.

“Hər halda saxlanılan hər bir sürücü tibbi müayinəyə göndərilmir və alkotesterdən keçirilmir. Onun ya hərəkətlərində müəyyən şübhə doğurduqda, ya da nəfəsində alkoqolun qoxusu olanda əlbəttə, sürücü bu cür müayinədən keçirilir. Amma bu göstəricilər ilə sürücü razılaşmazsa, onda o, məcburi qayda da müayinədən keçirilir”.

Yol Patrul Xidməti haqqında təlimatın 3-cü müddəasında Yol-patrul xidmətinin aparılmasında göstərilir.

3.3.8. Alkotester yol polisi müfəttişləri tərəfindən nəqliyyat vasitəsi sürücüsünün alkoqol maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.

3.3.8.1. Alkotester onların istismarı üzrə Təlimata müvafiq qaydada istifadə edilir.

3.3.8.2. Müayinənin nəticəsi yol polisi müfəttişi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

3.3.8.3. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır.

3.3.8.4. Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Sürücü tibbi müayinəyə aparılarkən tibbi müayinəyə göndərmə protokolu tərtib olunur (Təlimata 17 saylı əlavə).

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı