Modern.az

Bakıdakı özəl universitet aşağı qiymətlərlə tələbə axtarışına çıxıb

Bakıdakı özəl universitet aşağı qiymətlərlə tələbə axtarışına çıxıb

Ölkə

3 Avqust 2012, 12:59

Modern.az xəbər verir ki,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, özəl ali məktəblərdən biri ona müraciət edərək, təhsilhaqlarını aşağı saldığını bildirib.

TQDK sədri deyib ki, iki gün öncə ona özəl ali məktəblərin birindən müraciət daxil olub. “Həmin ali məktəbin rəhbərliyi müraciətində təhsil haqlarının aşağı salınmasını yazmışdı və xahiş etmişdi ki, bu elanı verək. Həmin elan hazırlanıb və yaxın vaxtlarda açıqlanacaq. “Abituryent” jurnalının 3-cü sayında dərc olunan ödənişlərdən aşağı qiymətlər təklif ediblər”.

M.Abbaszadə hesab edir ki, həmin universitet doğru addım atıb. “Onlar belə addım atmaqla daha çox tələbə toplaya bilərlər”.

Modern.az saytı TQDK-dan öyrənib ki, ödənişləri aşağı salan özəl ali məktəb Azərbaycan İctimai-Siyasi Universitetidir.

TQDK sədri onu da qeyd edib ki, digər ali məktəblər də həmin universitetə baxıb addımlar ata bilər. “Çünki bizdə 300 bal toplayan abituriyentlər özəl ali məktəblərdənsə. daha çox kolleclərdə ödənişsiz təhsil almağı üstun tuturlar”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı