Modern.az

“Estafet” rubrikası - Eldar Namazovun Qulu Məhərrəmliyə sualı var - MARAQLI

“Estafet” rubrikası - Eldar Namazovun Qulu Məhərrəmliyə sualı var - MARAQLI

Ölkə

3 Avqust 2012, 17:01


“Estafet” rubrikasının  beşinci qonağı “Azərbaycan Naminə” İctimai Forumun  prezidenti, tanınmış siyasi xadim Eldar Namazovdur.

Qeyd edək ki, rubrikamızın bundan öncəki qonağı olmuş professor Cəmil Həsənli estafeti Eldar Namazova ötürmüşdü.

Cəmil Həsənlinin Eldar Namazova ünvanladığı suallar bunlar idi:

- Uzun müddət siyasətin içində olmusunuz, güman edirdinizmi ki, bir vaxtlar müstəqilliyindən qürur duyduğunuz bir dövlət belə korrupsiya bataqlığına yuvarlanacaq?

- Bir çox ziyalı “xadimlərimiz” vətəndaş mövqeyi ilə siyasət arasındakı məsafəni müəyyən edə bilmirlər. Hazırda Rüstəm İbrahimbəyova qarşı olanlar onu siyasətə qoşulmaqda günahlandırırlar. Necə bilirsiniz, ölkəsinin taleyinə biganə qalmayıb vətəndaş mövqeyini ifadə etmək siyasətdir, yoxsa hakimiyyətin yüksək vəzifəli şəxslərinin iştirakı ilə toplantı keçirib alternativ qurumlar yaratmaq? Bəlkə, öz müsahibələrində hakimiyyət rəsmilərindən tez-tez “qanadlı” ifadələr səsləndirməklə rəhbərliyə yarınmağın və bu yollarla hakimiyyətdən nə isə qoparmağın siyasətə heç bir dəxli yoxdur? 

Eldar Namazov Modern.az vasitəsilə Cəmil Həsənliyə cavab verdi:

- Nə müstəqilliyimiz uğrunda mübarizə apardığımız dönəmlərdə, nə də indiki zamanda  korrupsiya bataqlığına yuvarlanacağımızı təsəvvür belə, etməzdim. Açığını deyim ki, mən insanın xərcləyə bilmədiyi həcmdə pula sahib olmaq istəyini anlaya bilmirəm. Pul insana əsasən gündəlik tələbatını və müəyyən ehtiyaclarını ödəmək üçün lazımdır. Eyni zamanda, pul insana gərəkli olduğu qədər, bir atalar misalında deyildiyi kimi, “Əl çirki” qədər  də gərəksizdir. Bu  misalı hər birimiz gündəlik leksikonumuzda tez-tez istifadə etməyimizə baxmayaraq,  buna əməl etmirik.  

- Çox zaman vətəndaş mövqeyi ilə siyasətçi  arasındakı ayrıcalığı düzgün qiymətləndirə bilmirlər. Respublikamızda təhsilin səviyyəsinin aşağı olması, məhkəmələrin qeyri-müstəqilliyi, korrupsiya hallarının getdikcə artması faktlarına da tez-tez rast gəlirik. Azərbaycanda mövcud olan nöqsanları qeyd etmək və bu məsələlər haqqında danışmaq, siyasətlə məşğul olmaq demək deyil. Bu, mövcud olan  realılığı dilə gətirmək və yaranmış  vəziyyətə obyektiv qiymət verməkdir. Korrupsiya hallarının baş alıb getməsi, bizə yaranmış vəziyyətdən çıxış yolu tapmaqda maneəçilik törədir və həm də mövcud olan problemləri aradan qaldırmaq üçün bizi bu məsələlərlə bağlı müzakirələr açmağa vadar edir. Korrupsiyanın çox təhlükəli vəziyyət alması, son vaxtlar bəzi məsələləri ortaya çıxartdı. Belə ki,  Rüstəm İbrahimbəyova qarşı ittihamlar irəli sürənlərin çoxu elə siyasətlə məşğul olan insanlardır. Dövlət məmurlarının iştirakı ilə Rüstəm İbrahimbəyova qarşı  alternativ bir təşkilat yaratdılar və elə çıxışlarda onların özlərini tərifləmələri  Rüstəm İbrahimbəyovu tənqid etmək demək idi. Bu özü-özlüyündə siyasətlə məşğul olmaq, eyni zamanda siyasətin ən çirkin forması deməkdir. Ona görə də siyasətin  müəyyən formaları var ki, insan öz mövqeyini açıqlayır, platformasını irəli sürür və eyni zamanda seçkilərə müraciət edir. Bu da öz növbəsində normal bir siyasətdir. Amma, dövlət məmurlarına yaltaqlanmaq, onların qəzəbinə tuş gəlmiş  insana qarşı bəyanatlar vermək və bununda əvəzində dövlət məmurlarından hansısa bir pay qopartmaq cəhdləri özü-özlüyündə siyasətlə məşğul olmaq deməkdir.

Eldar Namazov sualları cavablandırdıqdan sonra  estafeti jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qulu Məhərrəmliyə ötürdü və ona öz suallarını ünvanladı:

- Bu yaxınlarda ziyalılar arasında bir plov yarışı keçirildi. Ramiz Rövşən bizi Qubadlı plovu, Qulu Məhərrəmli ilə Rəşid Hacılı Zəngilan plovu, Əkrəm Əylisli isə Bakı plovu ilə tanış etdi. Bu zaman Rüstəm müəlim bizi Ümumi milli plov adalandırılan bir tədbirə dəvət etdi. Mənə orada qaranlıq qalan məqamlar oldu. Mən də Qulu müəllimdən öyrənmək istərdim ki, Zəngilan  plovu ilə Qubadlı plovunun arasındakı fərq nədir?

- Qulu Məhərrəmlinin Elçin Şıxlı və Arif Əliyevlə çox sıx dostluq münasibətləri var.  Onları  bu dostluq əlaqələrində birləşdirən əsas amil kimi qurud xəngəlini göstərmək olarmı və bu dostluqda qurud xəngəlinin nə dərəcədə rolu var?


Tezliklə Qulu Məhərrəmlinin suallara cavabını saytımızda oxuya bilərsiniz. 

Pərvin ARZUQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı