
Goranboy rayonunun Ballıqaya kəndi istiqamətində üç gündür ermənilərlə atışma ara vermir. Bu ərazi cəbhənin Kəlbəcər rayonu istiqamətinə yaxın yerləşir. Yerli sakinlərin Modern.az saytına verdikləri məlumata görə, ermənilərin atəşkəsin pozulmasında göstərdikləri radikallığın səbəbi düşmənin nəzarətində olan bir neçə postun Azərbaycan ordusu tərəfindən alınmasıdır. Erməni tərəfinin xeyli itki verdiyi söylənilir. Ancaq Azərbaycan tərəfdən də yaralıların olduğu bildirilir.
Modern.az-a bildirilib ki, azad olunan postlardan Kəlbəcərin bir neçə kəndinə nəzarət etmək mümkündür. Həmin postların strateji əhəmiyyətə malik olduğu vurğulanır.
Qeyd olunur ki, erməni hərbçiləri üç gündür ki, itirdikləri postları geri almağa çalışsalar da, buna nail ola bilmirlər.
Saytımıza verilən məlumata görə, cəbhənin bu istiqamətində hər iki tərəfədən böyük qüvvə toplanıb. Hətta Goranboyun Ballıqaya kəndinin əhalisinin evakuasiya olunduğu da vurğulanır.
Aldığımız digər xəbərə görə, bu atışmalar zamanı xeyli erməni hərbcisi könüllü şəkildə Azərbaycan tərəfə təslim olub.
Modern.az saytı əldə olunan bu məlumatlarla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilməyib.
Modern.az