Modern.az

Təhsil Nazirliyi aşağı siniflərdə iş dəftərlərini ləğv etdi

Təhsil Nazirliyi aşağı siniflərdə iş dəftərlərini ləğv etdi

Ölkə

6 Avqust 2012, 15:36

Ümumtəhsil məktəblərin bir və beşinci siniflərində iş dəftərləri ləğv edilib. Bunu Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. O qeyd edib ki, kurrikulum sisteminə uyğun yeni dərsliklər çap olunduğu üçün həmin siniflərin iş dəftəri komplektin tərkib hissəsindən çıxarılıb.

“Əvvəllər iş dəftəri komplektin tərkib hissəsi idi. Hazırda isə kurrikulum sisteminə uyğun  dərsliyimiz çap olunduğu üçün, buna ehtiyac yoxdur. Amma nəşriyyatlar özləri istəsələr çap edə bilərlər, orada yaxşı tapşırıqlar var və valideynlər də istəsələr, onu ala bilərlər. Ancaq bu məcburi deyil”.

F. Şahbazlı digər siniflərdə isə iş dəftərindən istifadə ediləcəyini və onun dərslik üçlüyünün tərkib hissəsi olduğunu vurğulayıb.

Aytən Əliyeva  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı