Cəmiyyətin üzdə olan şəxsləri Modern.az-ın “Test imtahanı”ndan keçir. Belə ki, onlar 5 dəqiqə ərzində 10 sualı cavablandırırlar. Çalışışırıq ki, suallar çətin olmasın...
Modern.az-ın testindən bu dəfə yazıçı-publisit Mehriban Vəzir keçdi.
1. Azərbaycanda və bütün Şərqdə ən məşhur molla kimdir? (doğru cavab: Molla Nəsrəddin)
– Molla Nəsrəddin.
2. Anton Çexovun hekayəsindəki dəliləri neçə nömrəli palatada saxlayırdılar? (Doğru cavab: “6 nömrəli palata”)
– 6 nömrəli palatada.
3. Atalar sözündə qızı hansı yükə bənzədirlər? (Doğru cavab: duz yükü)
– Qız yükü – duz yükü.
4. Lev Tolstoyun əsərində Həcc ziyarətində olmuş baş qəhrəmanının adı nə idi? (Doğru cavab: “Hacı Murad”)
– Hacı Murad.
5. 1 kq dəmir ağırdır, yoxsa 1 litr su? (Doğru cavab: dəmir)
– eynidir.
6. Dəvəni toya niyə çağırarlar? (Doğru cavab: duz daşımağa)
– Odun daşımağa.
7. “Qılınc və qələm” yazıçı təşkilatının adıdır, yoxsa əsərin adı? (Doğru cavab: əsərin)
– Əsərin adıdır.
8. Astronomik öncəgörməyə nə deyilir: qoroskop, yoxsa kaleydoskop? (Doğru cavab: qoroskop)
– Qoroskop.
9. Nağıllarda divin canı sehrli şüşədə saxlanılır, bəs qədim yunan mifologiyasının qəhrəmanı Axillesin canı harada idi? (Doğru cavab: dabanında)
– Dabanında.
10. Yerli, köklü, avtoxton xalqa nə deyirlər? (Doğru cavab: aborigen)
– Aborigen.
Sevinc İltifatqızı