Modern.az

İsmət Abbasov nazir həmkarlarının tərəfini tutdu

İsmət Abbasov nazir həmkarlarının tərəfini tutdu

Ölkə

7 Avqust 2012, 19:45

Kənd təsərrüfatı naziri: “Dövlət başçısı hara desə, ora da gedəcəyik”

Millət vəkilləri tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin regionlardan birinə köçürülməsi haqqında irəli sürülən təkliflərə nazir belə cavab verib ki, “Dövlət başçısı hara desə, ora da gedəcəyik”. Modern.az-ın məlumatına görə, İsmət Abbasov bildirib ki, nazirlik belə bir qərar verə bilməz.
”O ki, qaldı regionlardan birində fəaliyyət göstərməyə, bu, dövlət başçısının qərarından asılı olan bir məsələdir. Ona görə də dövlət başçısı hara desə, ora da gedəcəyik”.

İsmət Abbasov mətbuatda onun digər nazirlərlə konfliktdə olduğu və istefaya gedəcəyi barədə yazılan məlumatlara da münasibət bildirib:

“Mətbuatda haqqımda yazılan məlumatları çox vaxt oxumuram, ona görə də çox məlumatım yoxdur. Amma bir şeyi deyə bilərəm ki, yazılanların hamısı cəfəngiyyatdır”.

İsmət Abasov bəzi nazirlər tərəfindən dolayısı yolla ona hücumların olduğu barədə məlumatların əsassız olduğunu bildirib:

“Mən bilmirəm siz kimi nəzərdə tutursunuz, amma bizim həmin şəxslərlə çox yaxşı münasibətlərimiz var, biz qarşılıqlı hörmətlə işlərimizi qururuq. O yazılanlar da boş-boş yazılardır, sizə də tövsiyə edirəm ki, onları oxumayasınız”. 

Qeyd  edək ki, ölkə mətbuatı mütəmadi olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kənd təsərrüfatı naziri İsmət Abbasovu sıradan çıxartmaq üçün fəaliyyət göstərdiyiunə dair məlumatlar yayır. İsmət Abbasov “bizim həmin şəxslərlə çox yaxşı münasibətlərimiz var” deməklə ola bilsin ki, K.Heydərovu nəzərdə tutur...

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı